Manaf Şamxalov (Азизова Г. Табасаранцы. История, культура, традиции. — Махачкала : Эпоха, 2012.) — Sovet, Tabasaran şairi və yazıçısı. Üstəlik tərcüməçi və dramaturq olaraq da tanınır.

Bioqrafiya 15 iyun 1915-ci ildə kasıb bir kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu məktəbdə alır. Dərbənd pedaqoji işçilər fakültəsini bitirir. Komsomol və partiya vəzifələrində çalışır, Pskov şəhərinin atçılıq eskadriyası qəzetinin ilk redaktoru olur, "Svet Oktyabrya" rayon qəzetinin redaksiyasında fəaliyyət göstərir. 1940-cı ildə Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasına üzv olur. 1955-ci ildə rayon partiya məktəbini bitirmişdir.

1959-cu ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. Manaf Şamxalov 1974-cü ildə vəfat etmişdir.

Yaradıсılığı 1932-ci ildən rayon qəzetində dərc olunur. İlk kitabı olan "Vətən uğrunda, Azadlıq üçün" (şeirlər və hekayələr toplusu) 1944-cü ildə nəşr edilmişdir. Həvəskar qruplar tərəfindən səhnələşdirilən bir neçə pyesin müəllifidir. 1958-ci ildə "Çıraq çayının vadisində", "Çağırışda" və "Dövrün cücərtiləri" roman-trilogiyası nəşr olunur. M. Şamxalovanın bir neçə pyesi vardır.

Aleksandr Puşkin, Süleyman Stalski, Berdi Kerbabayevin əsərlərini Tabasaran dilinə tərcümə etmişdir.

Tabasaran ədəbiyyatının qurucularından biri sayılırГасанов М. М. Табасаранская литература // Краткая литературная энциклопедия. — М.: Сов. энцикл., 1972. — Т. 7., əsərləri ədəbi tabasaran dilinin formalaşmasında müəyyən rol oynamışdır. Onun nəsri Dağıstanda Sovet hakimiyyəti uğrunda mübarizlərin ideallaşdırılmış obrazlarının yaradılması, yeni bir həyatın qurulması, sosializm ideyalarını təbliğ etmək istəyi ilə xarakterizə olunurБокарев Е. А. Табасаранский язык // Краткая литературная энциклопедия. — М.: Сов. энцикл., 1972. — Т. 7.. Tabasaran ədəbiyyatında "bir insanın xarici mühitə girməsi" problemini izah edən ilk şəxs olur. Mixail Şoloxov və Nikolay Ostrovskinin bədii və estetik ənənələrinin Manaf Şamxalovun yaradıcılığına təsiri izlənilir.

Mükafatları Dağıstan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüşdür. Tənqid Manaf Şamxalovun roman və hekayələrinin dezavantajları arasında böyük sosial qarşıdurmaların olmaması, mətnin gündəlik təsvirlərlə çox yüklənməsi və az əhəmiyyəti olan dialoqların olmasıdır.

Xatirəsi 1996-cı ildə Manaf Şamxalovun adı Xiv kəndi orta məktəbinə verilmişdirИстория Хивской СОШ им. М. Шамхалова. Хивская СОШ. Дата обращения: 25 июля 2015. Архивировано 25 июля 2015 года.. İstinadlar

Kateqoriya:Dağıstan yazıçıları Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Dağıstan şairləri Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:XX əsr tərcüməçiləri