Fazil Apasoviç Abdulcəlilov (, ; ) — noqay sovet yazıçısı. O, 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Abdulcəlilov "Güclülər ailəsi" (1950), "Asantaj" (1956), "Sərt dönüş" (1961) povestlərinin müəllifidir. "Güclü axın" (1959) romanı kollektivləşməyə həsr olunmuşdur. "Kuban çağlayır" (1955) şeir toplusu var.

Həyatı

Kasıb bir ailədə doğulan, kəndlərindəki məktəbi bitirdikdən sonra Çerkessk Pedaqoji Texnikumunda oxuyan Fazil “Tənbəl Girey”, “Murat şəhərdə nə gördü?” (1932), “Biz sosializm qururuq” (1932), “İki dünya” (1932), “Uşaqlar üçün müxtəlif hekayələr” (1933) və b. əsərlərini yazıb çap etdirəndə 19-20 yaşlarında imiş.

O, 1930-cu illərdə yazdığı hekayə və povestlərini əsasən “Uşaqlar üçün ədəbiyyat”, “Yeniyetmələr üçün ədəbiyyat” rubrikaları altında çap etdirmişdir. İkinci Dünya Savaşının başlanması da ədəbiyyatda bədii dəyərlərin, keçmişi tənqidin, sosializm quruculuğunun tərənnümünün arxa plana keçməsinə, publisistikanın qabarmasına şərait yaratmışdır. Fazil Abdulcəlilovun da 1941-1950-ci illərdə yazdıqlarının böyük qismi qəzet və jurnal məqalələrini xatırladır.

1950-ci illərdən sonra faşist Almaniyası üzərində Sovetlərin qələbəsi ədəbiyyatın əsas mövzusuna çevrilmişdir. Fazil Abdulcəlilovun “Güclülər ailəsi” (1950), "Asantay" (1956), "Sərt dönüş" (1961) povestlərini, kolxozlaşmadan bəhs edən “Güclü axın” romanını, "Kuban çağlayır" (1955), "Kuban-mənim nəğməm" (1957) şeir toplularını çap etdirmişdir. Onun "Güclülər ailəsi" povesti daha çox təbliğ olunmuşdur. Noqay ədəbiyyatına şair, nasir və dramçı kimi daxil olan Fazil Abdulcəlilovun ən böyük xidmətlərindən biri ədəbi dili zənginləşdirmək olmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat Краткая литературная энциклопедия Ногайская литература

Kateqoriya:Noqaylar Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr Rusiya yazıçıları