Varlaam Aleksandroviç Avanesov (; Suren Karpoviç Martirosyan, ; ) — erməni əsilli sovet dövlət və partiya xadimi. 903-cü ildə Rusiya SDFD-nin üzvü, menşevik, 1914-cü ildən bolşevik.
Həyatı Varlaam Aleksandroviç Avanesov 24 mart 1884-cu ildə Rusiya imperiyasına bağlı Qarsda anadan olmuşdur. O, 1890-cı illərin axırlarında inqilabi hərəkata qoşulmuş, 1905–1907-ci illər inqilabında iştirak etmişdir. Avanesov 1917-ci ildə Petroqrad HİK-nin üzvü olmuş, 2-ci Ümumrusiya Sovetlər qurultayında URMİK üzvü seçilmişdir. URMİK Rəyasət Heyətinin üzvü və katibi (1917–1919), xalq fəhlə kəndli müfəttişliyi komissarının müavini (1920–1924), xalq xarici ticarət komissarının müavini (1914–1925), Ümumrusiya Fövqəladə Komissiyası kolleksiyasının, SSRİ MİK-nin, AXTŞ Rəyasət Heyətinin üzvü olmuşdur. Partiyanın 7–15-ci qurultaylarına nümayəndə seçilmişdir. Avanesov 16 mart 1930-cu ildə Moskva şəhərində vəfat etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Аванесов В. Статьи. Доклады. Материалы. — Ереван, 1985. Энциклопедия секретных служб России / Автор-составитель А.И.Колпакиди. — М.: АСТ, Астрель, Транзиткнига, 2004. — С. 418-419. — 800 с. — ISBN 5-17018975-3. В. А. Аванесов // Красная Нива. № 9. 1930. С. 7.
Xarici keçidlər
Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991
Kateqoriya:Bolşeviklər Kateqoriya:Menşeviklər Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Ermənistan inqilabçıları Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:Ermənistan kommunistləri Kateqoriya:RK(b)P-nin VIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VII qurultayının nümayəndələri