Qordana Pop Laziç (; ) — Serbiya siyasətçisi. O, bir vaxtlar ifrat sağçı Serbiya Radikal Partiyasının tanınmış simalarından olmuşdur. Laziç müxtəlif vaxtlarda Nazirlər Kabinetinin üzvü, Serbiya Milli Assambleyasının üzvü və Belqradın Zemun bələdiyyəsinin meri kimi xidmət etmişdir.

Həyatı Pop Laziç 5 aprel 1956-cı ildə keçmiş Yuqoslaviyada, Serbiya Xalq Respublikasının paytaxtı olan Belqrad şəhərində anadan olmuşdur. O, Belqrad Universitetinin hüquq fakültəsindən məzun olmuşdur. Laziç 1990-cı illərdə Zemun bələdiyyə şurasında, 1996–1998-ci illərdə isə məclis katibi vəzifəsində çalışmışdır.GORDANA POP-LAZIĆ , Otvoreni Parlament, accessed 11 June 2021.

İstinadlar

Kateqoriya:Serbiya siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Serbiya nazirləri