Maçesta — Krasnodar diyarında, Soçi şəhəri ərazisində qəsəbə. Qəsəbə hidrogen-sulfidli bulaqları və onların əsasında yaradılan sanatoriyalarla ilə məşhurdur.

Yerləşməsi Mikrorayon Xosta rayonunda, Maçesta çayı vadisində yerləşir.

Tarixi 1934-cü il avqustun 10-da Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti ləğv edilmiş Soçi vilayətindən Maçesta kənd sovetini Maçesta kurort kəndi adı ilə yenidən Soçi şəhər sovetinin tərkibinə daxil etdi.О дополнении постановления Президиума ВЦИК от 20 .06.1934 Bundan əvvəl Köhnə Maçesta kənd şurası Yeni Maçesta qəsəbəsinə tabe idi və Maçesta kurort kəndi adlandırıldı.Основные административно-территориальные преобразования на Кубани (1793–1985 гг.) / Сост.: А. С. Азаренкова, И. Ю. Бондарь, Н.С. Вертышева. — Краснодар: Краснодарское кн. изд-во, 1986. — С. 97. — 394 с.

10 fevral 1961-ci ildə Adler (keçmiş Soçi) ​​və Lazarevski rayonlarının Soçiyə birləşdirilidi və Soçi şəhərində Mərkəzi Soçi rayonu yaradıldı. 1951-ci ildə yaradılan Xostinski rayonunun sərhədləri 1961-ci il aprelin 7-dən Soçinin mərkəzinə doğru, Vereşaginka çayına qədər genişləndi. Beləliklə, Soçinin Xostinski rayonuı Maçesta mikrorayonunu da öz ərazisinə daxil etdi.

Görməli yerləri

Köhnə Maçesta Hidrogen sulfid bulaqlar Köhnə Maçestada yerləşir. Burada görəcəyiniz ilk şey daha çox antik məbədi xatırladan 4 saylı hidropatiya müəssisəsinin monumental binasıdır. Hidrogen-sulfid bulaqları olan mağaralar bir az kənar tərəfdə yerləşir. Mənşəyinə görə termo-hidro-karst mənşəlidir. Uzunluğu 75 metrdir. Qəzaların qarşısını almaq üçün onlara giriş barmaqlıqlarla bağlanıb. Hidrogen-sulfidin qoxusu ərazinin hər yerində hiss edilir.

Maçesta viaduku Maçesta çayı üzərindəki viaduk tipli körpü 1936–1938-ci illərdə tikilib. Memarlar V.G.Qelfreyx və V.A.Şçukodur. Körpü Soçi-Maçesta kurortunun yenidən qurulması çərçivəsində layihələndirilmişdir.

Stalinin evi Stalinin şəxsi daçası 1937-ci ildə o dövrdə stalinçilərin sevimlisi olan Miron Merjanovun layihəsinə əsasən tikilib. Bu bina Soçinin bütün memearlıq xüsusiyyətlərində və stalinist memarlığından tamamilə seçilir. Evin formasındakı bəzi bucaqların olması o dövrdə rədd edilmiş konstruktivizmə meyillikdir.

İstirahət kompleksinə bir neçə bina daxildir. Ərazinin öz kinoteatrı və Maçesta hidrogen-sulfidli suyu olan hovuzu var. 1959-cu ildən bəri "Yaşıl bağ" sanatoriyası bu binada yerləşir

İstinadlar Kateqoriya:Soçi