Yəhuda Makkavey (; Yehuda ben Matityaqu ha-Haşmonay; ) — Yəhudi (İudeya) vilayətində Selevkilərin ağır siyasi, dini və vergi siyasətinə qarşı xalq üsyanının rəhbəri.
Həyatı 167-ci ildə Selevki padşahı IV Antioxun yəhudilərin təqibini genişləndirməsinə cavab olaraq başlanmış üsyana rəhbərlik etmişdi (bu üsyan "Makkavey müharibəsi" adını almışdı). E.ə.167-162-ci illərdə İuda Makkaveyin ordusu Selevkilərin üstün qüvvələrini darmadağın etmiş, e.ə.164-cü ildə Yerusəlimi tutmuş, Yəhvanın məbədini yenidən müqəddəsləşdirmişdi. Döyüşdə həlak olmuşdur.
İstinadlar
Mənbə
Kateqoriya:İlahi komediya personajları Kateqoriya:Əhdi-ətiq şəxsləri Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar