Satur Pavloviç Ağayan (; ) — erməni sovet tarixçisi, pedaqoq, tarix elmləri doktoru (1948), professor (1950). Ermənistan SSR EA-nın həqiqi üzvü (1963).

Həyatı Satur Pavloviç Ağayan 12 yanvar 1912-ci ildə Rusiya imperiyasına bağlı Yelizavetpol quberniyasının Zəylik kəndində (indiki Daşkəsən) anadan olmuşdur. O, 1941–1948-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisi, Vladimir Lenin adına APİ-nin prorektoru, Kirov adına ADU-nun dosenti olmuşdur. O1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ağayan Ermənistan SSR Elmlər Akademiyası Tarix İnstitutunda şöbə müdiri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutu (MLİ) Ermənistan filialı direktorunun müavini (1948–1951), Ermənistan KP MK elm və mədəniyyət şöbəsinin müdiri (1951–1954), Ermənistan SSR Tarix İnstitutu direktorunun müavini, İrəvan Universitetinin professoru (1954–1961), MLİ Ermənistan filialının direktoru (1961–1968) kimi işləmişdir. O, 1968-ci ildən Ermənistan SSR Elmlər Akademiyasının akademiki, Ermənistan SSR Elmlər Akademiyasının ictimai elmlər bölməsinin akademik-katibi olmuşdur. Əsas tədqiqat sahələri: Cənubi Qafqazda inqilabi hərəkat tarixi, XIX əsrdə aqrar münasibətlər, Cənubi Qafqaz xalqlarının dostluğu. Satur Pavloviç Ağayan 3 dekabr 1982-ci ildə İrəvan şəhərində vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Большая советская энциклопедия. — М.: Советская энциклопедия. 1969–1978.

Xarici keçidlər Агаян Цатур Павлович

Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Erməni tarixçilər Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Ermənistan pedaqoqları Kateqoriya:Ermənistan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Ermənistan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Ermənistan SSR əməkdar elm xadimləri