Əsgər Qədirbəyeviç Yevtıx (; ) — adıgey yazıçısı.
Həyatı Əsgər Qədirbəyeviç Yevtıx 25 sentyabr 1915-ci ildə Kuban vilayətinin (indiki Adıgeya) Xatukay kəndində kəndli ailəsində anadan olmuşdur.Памятные даты по Республике Адыгея на 2010 год. — Национальная библиотека Республики Адыгея. — Майкоп, 2009 O, 1938-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. Yevtıx 1939-cu ildən Böyük Vətən müharibəsi başlayana qədər Moskvada Dövlət Teatr İnstitutunda müəllim işləmişdir. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. Yevtıx 1941-ci ildən Qızıl Ordu sıralarında xidmət etmiş, 1942-ci ildən isə "Qələbə uğrunda" qəzetinin ədəbi əməkdaşı olmuşdur. O, 1943-cü ildən Qara Dəniz Donanmasının siyasi idarəsinin yazı qrupunun üzvü olmuş, Qafqaz, Odessa, Krım, Yassko-Kişinyov uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Yevtıx II dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər Краткая литературная энциклопедия Мегаэнциклопедия Кирилла и Мефодия: Евтых Аскер Кадербечевич Большая энциклопедия
Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr yazıçıları