Muxax — Azərbaycan Respublikasının Zaqatala rayonunun Muxax kənd inzibati ərazi dairəsində kənd.
Mədəniyyəti Kənd 13 obadan ibarətdir. Kənddə 3 orta məktəb, 2 əsas məktəb, 1 xəstəxana, mədəniyyət evi, uşaq bağçası, məscid binası, futbol meydançası, poçt, 1408 nömrəlik ATS vardir.
Tarixi abidələr: XIX əsrdə tikilmiş məscid, 5 hücrə, 2 qədim qəbristanlıq.
Coğrafiyası və iqlimi Muxax kəndi, rayon mərkəzindən 12 km şərqdə, Muxax çayının sağ sahilində yerləşir. Şərq tərəfdən Mamrux, şimaldan Yuxarı Çardaxlar, qərb tərəfdən Yuxarı Tala, cənub–şərqdən Zəyəm, cənubdan isə Çobankol, Qımır, Bazar, Əliabad kəndləri ilə həmsərhəddir.
Kəndin ərazisi 3230 hektardir.
Əhalisi +Muxax kəndi əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1970 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Закатальский район (перепись 1970 года) Nisbəti, 1970 sa. cəmi3 989100 % saxurlar219253.9 % azərbaycanlı179446.1% digər41 %
Əhalisi təqribən 9000 nəfər, əsasən azərbaycanlılar və saxurlardan, dini mənsubiyyətləri İslamdır.
Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Muxax Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Din Kənddə Muxax kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Zaqatala rayonunun kəndləri