Orxan Vəliyev () — azərbaycanlı alim, tədqiqatçı, siyasi elmlər üzrə fəlsəfə doktoru.

Həyatı Orxan Vəliyev 22 aprel 1987-ci ildə Ermənistan SSR-nin Göyçə mahalında anadan olmuşdur. O, orta təhsilini Gəncə şəhərində almış, 2005-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsi fəlsəfə ixtisasına qəbul olmuşdur. 2009-cu ildə oradan fəlsəfə ixtisası üzrə məzun olduqdan sonra Vəliyev 2012–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya üzrə magistr təhsili almışdır. O, Vəliyev Türkiyə Respublikası təqaüdü hesabına Türkiyənin Sakarya Universitetinin Siyasi Elmlər Fakültəsinin Siyasi Elm və Dövlət İdarəçiliyi Kafedrasında doktorantura təhsili almış, 2020-ci ildə "Çarlıq Azərbaycanın Millətləşmə Prosesi: 1850-1920" başlıqlı doktorluq işini yekdilliklə müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmı adını almışdır. O, 2021-ci ildə Türkiyə Respublikası təqaüdü hesabına Trakya Universitetində Professor Nebi Mehdiyevin "Bir bilmə teoriyası" ("Bir Bilme Teorisi") nəzəriyyəsi əsasında "Tarix və Bilik: Azərbaycan Millətçiliyinin Epistemik Təhlili" başlıqlı posdoktorantura tədqiqatı aparmışdır. Vəliyevin Azərbaycan millətquruculuğuna dair türk və Azərbaycan dilində nəşr edilən monoqrafiyası müvafiq sahə üzrə nəşr edilmiş ilk kitabdır.

Orxan Vəliyev Xəzər Universiteti siyasi elmlər və fəlsəfə departamentinin müəllimi və müdiri vəzifəsində çalışır. Khazar Journal of Humanities and Social Sciences jurnalının redaktor müavindir.

Əsərləri Kitablar Azerbaycan'da Milliyetçilik Ulusun ve Ulus-Devletin Oluşumu, Ankara, Türkiye Notları Yayınevi, 2020, 232 s. Tərcüməsi: Azərbaycan Millətçiliyi, Bakı, Milliyyət Araşdırmalar Mərkəzi, 2021, 200 s.

Tərcümələr Hrox, M. (1995). Milli Özünüidarəetmənin Tarixi Bir Çərçivədən Dəyərləndirməsi (National Self-Determination from a Historical Perspective), Canadian Slavonic Papers / Revue Canadienne des Slavistes, 37(¾), 283–299, İstiqlal, 2018, 73–91 s.

Məqalələr

Milletini ve Devletini Arayan Bir Etnik Grup: Azerbaycan Örneği (1850–1920) Tarih ve Bilgi: Azerbaycan Milliyetçiliğinin Epistemik Tahlili Ahundzade'de Millet Fikrinin Oluşumunun Miroslav Hroch’un yaklaşımı Çerçevesinde Değerlendirilmesi Resulzade'de Azerbaycancılık İdealini Küçük Millet Modeli Bağlamında Tartışmak Azerbaycan'da Milliyetçilik Çarlık dönemi Azerbaycanı’ın uluslaşma süreci: 1850–1920 Çatışma Üzerine Bir Deneme Çarlık Azerbaycan'ında Milliyetçiliğin Gelişimi: 1850–1918 Modern Ulusun Oluşumunu İnanç ve İnançsızlık Bağlamında Tartışmak Sekülerleşme ve Milliyetçilik Teorileri Işığında I ve II. Azerbaycan Cumhuriyeti’nin Karşılaştırmalı Tahlili Azərbaycanda millətləşmə prosesinin (1850-1920) modelləşdirilmə cəhdi

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər