Ağarza Nurməmməd oğlu Qafarov () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1963–1968).
Həyatı Ağarza Qafarov 1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.
1939–1944-cü illərdə Sovet Ordusunda xidmət edən Ağarza Qafarov Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944–1949-cu illərdə rəhbər komsomol işində, 1949–1954-cü illərdə Azərbaycan SSR Ehtiyat Əmək Qüvvələri İdarəsi rəisinin müavini, Kinolaşdırma İdarəsinin rəisi işləmişdir. 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1959–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) işlər müdiri olmuşdur. 1963–1968-ci illərdə Azərbaycan SSR ticarət naziri, 1968-ci ilin iyunundan isə Azərbaycan SSR neftçıxarma sənayesi nazirinin müavini vəzifələrində çalışmışdır.
Ağarza Qafarov 1955–1957-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi bürosunun üzvü, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1960–1963-cü illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1964-cü ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur. 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan SSR ticarət nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri