Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır.

Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarilə 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür.

Ümumdünya irsinin loqosu Ümumdünya irsi dünyada olan nadir abidə və təbii qoruqların qorunması ilə məşğul olur. Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir. Loqonun içərisində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiyi gözəlliyi ifadə edir. Loqonun dairəvi formada olması, həm də bütün dünyada olan irsin qorunması deməkdir. Loqonun ətrafında 3 dildə ingiliscə, fransızca və almanca ümumdünya irsi sözləri yazılmışdır.Dünya Miras Listesi – Amblem

Şərtlər Ümumdünya irsinə aid olunan şərtlər daim yenilənir. Ancaq aşağıda göstərilən şərtlərin birinə tarixi abidələr mütləq cavab verməlidir. Ən önəmli şərt isə mütləq predmetin tarixi önəmə sahib olmasıdır.

Tarixi abidələr üçün tələb olunan şərtlər I – möhtəşəm sənətkarlıq nümunəsi hesab edilməlidir. Dövrünə görə insan tərəfindən yaradılan ən müasir abidə olmalıdır.

II – Aid olduğu dövrdən başlayaraq, mədəniyyətin inkişafına müəyyən təsir göstərməlidir.Memarlıq baxımından dəyərli bir iş hesab olunmalıdır. Əgər abidə antik şəhərdisə, ən önəmli şərtlərdən biri şəhərin hansı formada planlaşdırılmasıdır. Nümunə kimi qədim ink mədəniyyətinə aid olan Maçu-Pikçu şəhərinin planlaşdırılmasını qeyd etmək olar.

III – Yer üzündən silinmiş qədim xalqların birinə aid olan abidələr. Bu kriteriya əsasən Latın Amerikası ərazilərində olan tarixi ərazilərə verilir.

IV – bu kriteriya bir neçə sivilizasiyaya keçmiş tarixi abidələrə verilir. Əsasən belə tarixi abidələr Hindistanda olan dini məbədlərdir.

V – müxtəlif mədəniyyətlərin bir yerdə cəmlənməsi nəticəsində beynəlmi mədəniyyət formalaşır. Burada tələb olunan şərtlərdən biri də insanların dövrünə görə yeni texniki kəşflərə imza atmasıdır. Bu kriteriya Peru və Hindistan başda olmaqla digər ölkələrdə olan qədim sivilizasiyalara verilir.

VI – Digər abidələrdən köklü şəkildə fərqlənən, dünya mədəniyyəti üçün əvəzolunmaz tarixi və mədəni önəm daşıyan abidələrə verilən kriteriya.

Təbiətdə olan təbii miraslara tələb olunan şərtlər VII – Gözəl təbiət mənzərələrinə verilir.Əsas kriteriya kimi, digər təbiət mənzərələrindən fərqlənməsidir.

VIII – Bir zamanlar yaşamış heyvanların qalıqları olduğu ərazilər.Geologiya baxımından böyük önəmə sahib olmalıdır.Nəsli kəsilmiş heyvanların öyrənilməsi üçün əvəzsiz hesab olunan təbii mağaralar.

IX – Ekologiya baxmından təmiz və heç bir zərərə məruz qalmayan ərazilər.Şirin su qaynaqlarının çox olduğu və dünyada yalnız həmin əraziyə məxsus heyvan və bitki aləmi olan ərazilər.

X – Təhlükə qarşısında olan və elmi baxımdan böyük önəmə sahib olan ərazilərə verilən kriteriya.

left|200px

Abidələrin qorunması 1954-cü ildə Misir Asuan su anbarının tikilməsi səbəbi ilə Əbu Simbel məbədini qorumaq məqsədi ilə abidənin hissə-hissə sökülərək, daha yüksək yerdə yerləşdirilməsi üçün böyük bir layihəyə başladı. Bu məqsədlə 80 milyon dollar pulun 40 milyon dolları Avropa ölkələri tərəfindən ödənildi.Bu gün Venesiya, Mohencodaro və Borobu abidələrinin uçma təhlükələri var.Bu abidələrin qorunması məqsədi ilə böyük layihələr hazırlanır.Bu işlə UNESCO məşğul olur.

Ümumdünya irsi komitəsi

Ümumdünya irsi komitəsinə 21 ölkə daxildir. Hər il komitəyə bir dövlət rəhbərlik edir. İldə bir dəfə iclas keçirilir. İclasa həmin il komitəyə rəhbərlik etmiş, ölkə başçılıq edir. Komitənin əsas işi yeni namizədlər arasında seçim aparmaq və siyahıda olan irslərin vəziyyətini dəyərləndirməkdir. Ümumdünya irsi komitəsi, həm də Ümumdünya Mədəniyyət fondunu idarə edir.

thumb|250px|Ümumdünya irsinin nümunələrinin yerləşdiyi ölkələr. (2007) thumb|250px|Mədəni irsin yerləşdiyi ölkələr. (2007) thumb|250px|Təbiətdə olan təbii mirasların yerləşdiyi ölkələr. (2007) thumb|250px|Ümumdünya irsinə daxil olan dini abidə və məbədlərin yerləşdiyi ölkələr. (2007)

Ümumdünya irsi komitəsinə daxil olan 21 ölkənin siyahısı.

Statistika Ümumdünya irsinin siyahısında 2009-cu il aprel ayına olan məlumata görə dünyada 186 ölkədə 689 mədəni, 176 təbii, 25 dini olmaqla, Ümumdünya irsi tərəfindən qorunan 890 abidə var. Yeni abidələrin siyahıya əlavə olunması, onun durmadan genişlənməsinə səbəb olmuşdur.Hal-hazırda 186 ölkədən 166 dünya irsi, siyahıya əlavə edilməsi üçün sənədlər toplanır və abidələrdə araşdırmalar aparılır.Dünya Miras Listesi – Adaylar Ən çox Ümumdünya mirası İtaliyada yerləşir (43 ədəd).Ən çox mədəni miras da İtaliyada yerləşir (40 ədəd).Ən çox təbii miras Avstraliyada (11 ədəd), dini miras isə Çin və Avstraliyadadır (hər birində 4 ədəd)

Ərazi Təbii abidələr Mədəni abidələr Digər növ abidələr Ümumi Afrika 33 42 3 78 Ərəb ölkələri 4 60 1 65 Asiya-Okeaniya 129 9 186 Avropa və Şimali Amerika 56 375 9 440 Cənubi Amerika və Karib hövzəsi 35 83 3 121 Cəmi16666025851

Bu siyahıda dünyada Ümumdünya irsinə daxil olan abidələr yerləşdiyi ölkələrə görə göstərilmişdir. Abidələrin yanında olan il, həmin abidənin Ümumdünya irsinə nə zaman əlavə olunduğnu göstərir. (T) işarəsi olan abidələr isə təhlükə qarşısında olan abidələrdir.

Afrika thumb|150px|Virunqa Milli Parkı, Konqo Demokratik Respublikası thumb|150px|Aksum, Efiopiya thumb|150px|Simen Dağları, Efiopiya thumb|150px|Ümid burnuda olan mühafizə mərkəzləri CAR thumb|150px|Kenya Dağı, Keniya thumb|150px|Tsingy de Bemeraha Milli Parkı, Madaqaskar thumb|150px|Malavi Gölü, Malavi thumb|150px|Timbuktu, Mali thumb|150px|Air Dağları, Niger thumb|150px|Niokolo-Koba Milli Parkı, Seneqal thumb|150px|Aldabra adası, Seyşel adaları thumb|150px|Gebel Barkal, Sudan thumb|150px|Kilimancaro dağı, Tanzaniya thumb|150px|Zənzibarda yerləşən antik daş şəhər, Tanzaniya thumb|150px|Viktoriya şəlaləsi, Zambiya və Zimbabve

Abomey Kral Sarayı kompleksi (1985)

Tsodilo (2001)

Loropeni Xarabalıqları (2009)

Simien Milli Parkı (1978) (T) Lalibelada dağın icərsində oyulmuş kilsələr (1978) Fasil Ghebbi (1979) Aksum (1980) Aşağı Avash Vadisi (1980) Aşağı Omo Vadisi (1980) Tiya (1980) Harar Jugol; antik şəhəri (2006)

Nimba Dağı (1981) (yarısı Qvineyada yerləşir) (T) Tai Milli Parkı (1982) Comoe Milli Parkı (1983) (T)

Virunqa Milli Parkı (1979) (T) Kahuzi-Byeqa Milli Parkı (1980) (T) Qaramba Milli Parkı (1980) (T) Salonqa Milli Parkı (1984) (T) Okapi qoruğu (1996) (T)

Lope Milli Parkı (2007)

Ceyms Adası (2003) Senegambiada daş hasarlar (2006)

Qalalar və Hasarlar, Büyük Acra, ölkənin mərkəzi və qərb hissəsində yerləşir (1979) Ənənəvi Asanti tikililəri (1980)

Nimba Dağı (yarısı Kot-d'İvuarda yerləşir) (1992) (T)

Sterkfontein, Swartkrans, Kromdraai və Environs mağaraları (1999) Simangaliso Milli Parkı (1999) Robben Adası (1999) Drakensberg Dağları (2000) Mapungubwe Mədəniyyət qoruğu (2003) Ümid burnuda olan mühafizə mərkəzləri (2004) Vredefort (2005) Richtersveld Mədəniyyət qoruğu və Botanika bağı (2007) Dja Doğa Siti (1987)

Dıja təbiət qoruğu (1987)

Turkana Gölü təbiət qoruğu (1997) Kenya dağı Milli Parkı (1997) Lamu intik şəhəri (2001) Müqqədəs Mikenda Kaya meşələri (2008)

Tsingy de Bemeraha Milli Parkı (1990) Ambohimanga Təpələri (2001) Atsinanada yerləşən yağış meşələri (2007)

Djenne antik şəhəri (1988) Timbuktu (1988) Bandigara Təpələri (1989) Askianın Türbəsi (2004)

Malavi Gölü Milli Parkı (1984) Chongoni Qayaüstü Təsvirləri (2006)

Banc d'Arguin Milli Parkı (1989) Ouadane, Chinguetti, Tichitt və Oualata antik şəhərləri (1996)

Mozambik adası (1991)

Tvyfelfonteyn (2007)

Air Dağları və Tenere təbiət qoruğu (1991) (T) W Milli Parkı (1996)

Sukur Mədəniyyət qoruğu (1999) Osun və Osogbo Müqqədəs meşələri (2005)

Manovo-Gounda Floris Milli Parkı (1988) (T)

Gore Adası (1978) Niokolo-Koba Beynalxalq park və qoruğu (1981) (T) Cuc quş yuvaları (1981) Müqqədəs luis Adası (2000) Seneqambiyada yerləşən daş hasarlar (yarısı Qambiyada yerləşir) (2006).

Aldabra adası (1982) Vallee de Mai qoruğu (1983)

Ngorongoro müdafiə zonası (1979) Kilva Kisivani və Songo Mnara xarabalıqları (1981) (T) Serengeti dövlət qoruğu (1981) Selous müdafiə zonası (1982) Kilimancaro Milli Parkı (1987) Zənzibarda yerləşən antik daş şəhər (2000) Kondoa Qayaüstü Təsvirləri (2006)

Koutammakou (2004)

Bvindi Milli Parkı (1994) Rvenzori Milli Parkı (1994) Kasubida yerləşən kral məzarları (2001)

Cidadə Velha, Ribeira Grandenin tarixi mərkəzi (2009)

Viktoriya şəlaləsi (1989) (yarısı Zimbabvedə yerləşir)

Mana Gölləri Milli Parkı (1984) Büyük Zimbabve Milli Parkı (1986) Khami Xarabalıqları (1986) Viktoriya şəlaləsi (1989) (Yarısı Zambiyada yerləşir) Motabo Dağları (2003)

Ərəb ölkələri thumb|150px|Mərakeş

thumb|150px|Ghadames, Libiya thumb|150px|Baalbek, Livan thumb|150px|Əbu Simbel, Misir thumb|150px|Qiza piramidaları, Misir thumb|150px|Şam, Suriya right|150px|thumb|Kartaca, Tunis thumb|150px|Petra, İordaniya

Qalat al-Bahrain – Antik Liman və Dilmun Sivilizasiyasının paytaxtı (2005)

Al Qala, Beni Hammad (1980) Djemila (1982) MZab Vadisi (1982) Tassili Ajjer (1982) Timgad (1982) Tipasa (1982) Əlcazayirdə Kasbah şəhəri (1992)

Tarixi Fas şəhəri (1981) Tarixi Mərakeş şəhəri (1985) Ait-Ben-Haddouda yerləşən bədəvi evlər (1987) Tarixi Meknes şəhəri (1996) Volubilis antik şəhəri (1997) Tarixi Tetouan şəhəri (1997) Tarixi Essaouira şəhəri (2001) Mazagan – antik portuqaliya koloniyası (2004)

Hatra (1985) Asur (2003) (T) Samarra antik şəhəri (2007) (T)

Cyrene antik şəhər (1982) Leptis Magna antik şəhər (1982) Sabratha antik şəhər (1982) Acacus Dağları Kaya Resimleri (1986) Tarixi Ghadames şəhəri (1985)

Anjar (1984) Baalbek (1984) Biblos (1984) Sur şəhəri (1984) Müqqədəs vadi və Allahın sədirləri (1998)

Abu Mena (1979) (T) Teb antik şəhəri və Nekropolu (1979) Tarixi Qahirə Şəhəri (1979) Memfis və Nekropol, Qizada yerləşən piramidalar (1979) Əbu Simbel (1979) Müqəddəs Yekaterina monastırı (2002) Əl-Hitan vadisi (Balinalar Vadisi) (2005)

Gebel Barkal və Napatan ərazilərində olan abidələr (2003)

Tarixi Şam şəhəri (1979) Tarixi Busra şəhəri (1980) Palmira antik şəhəri (1980) Tarixi Halep şəhəri (1986) Crac des Chevaliers və Salah El-Din Qalası (2006)

El Hicr antik şəhəri (2008)

El Jem Amfiteatrı (1979) Tarixi Tunis şəhəri (1979) Kartaca (1979) Ichkeul Milli Parkı (1980) Kerkuane antik şəhəri və Nekropol (1985) Kairouan (1988) Tarixi Sus şəhəri (1988) Dougga (1997)

Bahla Qalası (1987) Bat, Al-Khutm və Al-Ayn antik şəhərləri (1988) Ərəb oriks mağarası (1994) (2007-ci ildə siyahıdan çıxarılmışdır.) Frankincense (2000) Aflaj Su anbarı və mədəni qoruğu (2006)

Petra (1995) Quseir Amra (1995) Um er-Rasas (2004)

Tarixi Şibam şəhəri (1982) Tarixi Sana şəhəri (1986) Tarixi Zabid şəhəri (1993) (T) Socotra Adası (2008)

Asiya və Okeaniya

right|150px|thumb|Bamyan Buda heykəlləri, Əfqanıstan right|thumb|150px|Büyük Resifi, Avstraliya right|thumb|150px|Sidney Opera Evi, Avstraliya right|thumb|150px|Uluru, Avstraliya right|thumb|150px|Sundarban, Banqladeş right|thumb|150px|Böyük Çin səddi, Çin right|150px|thumb|Borobudur məbədi, İndoneziya right|150px|thumb|Komodo Milli Parkı, İndoneziya