Əbu Huzeyfə (, ) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi.

Atası Məkkənin və bütpərəstlərin qabaqcıl simalarından biri olan Utbə ibn Rəbiədir. O, həm də “qara ciyər yeyən qadın” kimi məşhur olan Hind binti Utbanın qardaşıdır.

Əbu Huzeyfə atasının bütün maneələrinə baxmayaraq müsəlman olur. Rəvayətlərdə onun 44-cü müsəlman şəxs olduğu bildirilir. O, həm də Məkkə dövründə yazıb-oxumağı bacaran 17 nəfərdən biri idi.

Sehlə binti Süheyl ilə evlənir və Həbəşistana iki hicrətdə iştirak edir. Sonra Məkkəyə qayıdır və hicrətə qədər orada qalır. Bədr, Uhud və Xəndək döyüşlərində və digər bütün hərbi əməliyyatlarda iştirak etmişdir. O, atası Ütbə ibn Rəbiəni Bədr döyüşündə cəngə çağırır, lakin Məhəmməd onun atası ilə döyüşməsini istəmir.

Əbu Huzeyfə 633-cü ildə Yamama döyüşündə şəhid olur.

İstinadlar

Kateqoriya:Səhabələr