Nizami Gəncəvinin heykəli — XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1991-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində qoyulmuş abidə. Heykəl Rusiya Federasiyasında olan Azərbaycan səfirliyinin qarşısındakı Müslüm Maqomayev parkında ucaldılıb.

Tarixi Dahi şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi Rusiyanın paytaxtı Moskva şəhərində, Müslüm Maqomayev parkında Azərbaycan səfirliyinin binasının yanında (ev № 16), Leontievski və Eliseevski döngələrinin kəsişməsində uzaldılmışdır.

Abidə 1991-ci ildə ucaldılıb və Azərbaycanın Moskva şəhərinə hədiyyəsidir. Abidənin heykəltəraşları T. Zeynalov və E. Zeynalov, memarları R. Əsgərov və P. Əliyevdir.

Nizami ənənəvi şərq geyimində, əlində kitablarla oturmuş şəkildə təsvir edilmişdir. Postamentdə rus dilində "Nizami Gəncəvi" yazılmışdır.

İstinadlar

Kateqoriya:Nizami Gəncəvinin heykəlləri Kateqoriya:1991-ci ildə yarananlar