Bu məqalə ABŞ-nin Nyu-York ştatındakı Nyu-York şəhərinin tarixi xronologiyasıdır.

1700-cü ilə qədər 1614 – Niderlandlar Manhetten adasında yerləşdilər. 1623 – Niderlandlar qala tikdi. 1624 – Vest-Hind şirkəti tərəfindən Yeni Amsterdam quruldu. 1650 – Əhalinin sayı təxminən 1000 oldu. 1656 – Şəhərin küçələri düzəldildi. 1664 – 24 sentyabr – Yeni Amsterdamın adı Nyu-York olaraq dəyişdi. 1665 12 iyun: Tomas Uillett şəhərin ilk meri oldu. Bruklində ilk cinayət baş tutdu. 1666 – Tomas Delavall şəhərin ikinci meri oldu. 1668 – Şəhərdə ilk sarı qızdırma xəstəliyi yayıldı. 1673 – Niderlandlar şəhəri yenidən tutdular və adını "Yeni Oranc" olaraq dəyişdirdilər. 1697 — İlk Triniti kilsəsi tikildi.

1700-cü illər 1702 – Sarı qızdırma xəstəliyindən 500-dən çox insan həlak oldu.Duffy, John. Epidemics in Colonial America, Baton Rouge, 1971. səh. 142, 145 1711 – Uoll Strit və İst-Riverdə rəsmi qul bazarı quruldu. 1712 – aprel: Nyu-York qul üsyanı 1723 – Əhali: 7,248. 1733 – New York Weekly Journal nəşr edildi. 1756 – Əhali: 13,046. 1767 – Con küçə teatrı açıldı. 1771 – Nyu-York xəstəxanası tikildi. 1774 – Əhali: 22,861. 1780 – Qaradərililərin sayı 10 minə çatdı. 1789 mart: 1-ci ABŞ konqresi başladı. 30 aprel: Corc Vaşinqtonun and içmə mərasimi keçirildi. 1790 – Əhali: 33,131. Nyu-York Filadelfiyanı keçərək ABŞ-nin ən böyük şəhəri oldu. 1795 – Sarı qızdırma xəstəliyi nəticəsində 19 iyul — 12 oktyabr aralığında təxmini 732 nəfər həlak oldu.

1800-cü illər

1800 – 1840-cı illər 1800 – Əhali: 60,489. 1801 – New York Evening Post qəzeti nəşr olundu. 1802 – Amerika Gözəl İncəsənətlər Akademiyası quruldu. 1805 – Sarı qızdırma xəstəliyinə görə 50 minə yaxın insan şəhərdən qaçdı. 1812 – Nyu-York bələdiyyə binası tikildi. 1816 –Amerika İncil Cəmiyyəti quruldu. 1819 – Sarı qızdırma xəstəliyi meydana gəldi. 1822 – Şəhərdə irimiqyaslı sarı qızdırma xəstəliyi yayıldı. 1848 dekabr: Vəba xəstəliyi yayılmağa başladı. 1849-cu ilin iyun ayına qədər 5071 şəhər əhalisi həlak oldu. Associated Press quruldu.

1850 – 1890-cı illər

1850–1860-cı illər 1850 – Əhali: 550,394. 1851 – New-York Daily Times qəzeti nəşr olundu. 1852 – American Geographical Society headquartered in city. 1853 New York Clipper nəşr olundu. Steinway & Sons pianino istehsalçısı. 1854 Vəba xəsətliyi 2509 insanı öldürdü. Musiqi Akademiyası opera binası açıldı. 1858 Sentral park açıldı. Saturday Press nəşrə başladı. 1860 New York World qəzeti nəşr olundu. Əhali: 813,669. 1865 – The Nation nəşr olundu.

1870-ci illər 1870 Hunter məktəbi quruldu. Lotos Club quruldu. 1872 Şəhərin əhalisi tam olaraq 1 milyona çatdı. Metropoliten İncəsənət Muzeyi açıldı. 1876 5 dekabr: Bruklin teatrındakı qəza nəticəsində 276 nəfər həlak oldu. 1877 – Təbii Tarix muzeyi binası açıldı.

1880-ci illər 1880 – Əhali: 1,206,599. 1883 24 may: Bruklin körpüsü açıldı. Life jurnalı nəşrə başladı.

1890-cı illər 1890 – Əhali: 1,710,715. 1892 – Vogue moda jurnalı nəşr olundu. 1899 – 8 noyabr: Bronks zooparkı açıldı.

1900-cü illər

1900 – 1940-cı illər

1900-cü illər 1900 – Əhali: 3,437,202. 1901 – Rokfeller Universiteti quruldu. 1902 8 yanvar: Park-Avenyu tunelində qatar qəzası nəticəsində 17 nəfər öldü, 38 nəfər yaralandı.The New York Times. "Another Tunnel Victim Dead", yanvar 13, 1902, səh. 5. Flatiron Building tikildi. 1904 15 iyun: Steambot yanaraq batdı. Nəticədə 1000-dən çox sərnişin həlak oldu. Nyu-York metropoliteni fəaliyyətə başladı. 1909 New York Amsterdam News nəşrə başladı. Beynəlxalq Qadınlar Günü keçirildi.

1910-cu illər 1910 – Pensilvaniya stansiyası tikildi. 1913 Beynəlxalq Müasir İncəsənət Sərgisi keçirildi. Vulvort Bildinq tikildi. 1915 yanvar: Birinci Dünya müharibəsinə cavab olaraq Anti-Militarizm Komitəsi təşkil edildi. 25 yanvar: İlk transkontinental telefon zəngi baş tutdu (San-Fransisko – Nyu-York). 1917 – 30 avqust: Birinci Dünya müharibəsi ərəfəsində təlimə getməzdən əvvəl 27-ci Piyada Diviziyası Nyu-York şəhərində 5-ci prospekt boyunca keçirilən böyük yolasalma paradında iştirak etdi. 1918 – "İspan qripi" pandemiyası ölkədə və dünyada sürətlə yayılmağa başlayır. Oktyabr ayının bir günündə şəhərdə 851 nəfər öldü. 1919 fevral: Şəhərdə ispan qripindən 30 min insan öldü. 10 sentyabr: ABŞ Ordusunun 1-ci Dviziyası müharibədən geri qayıtdı. Daily News nəşrə başladı.

1920-ci illər 1920 – Əhali: 5,620,048. 1925 – The New Yorker jurnalı nəşrə başladı. 1926 – NBC fəaliyyətə başladı. 1928 – 24 avqust: Tayms-skverin altındakı metro qəzası nəticəsində 18 nəfər öldü, 100 nəfər yaralandı. 1929 oktyabr: Uoll-Strit birja çöküşü. noyabr: Müasir İncəsənət Muzeyi açıldı. Böyük böhran.

1930-cu illər 1930 Kraysler binası tikildi. Karlil oteli fəaliyyətə başladı. 1931 dekabr: Bank of United States bağlandı. Empayr Steyt Bilqinq tikildi. 1933 – Komkast Bildinq tikildi. 1934 Amerika Balet Məktəbi quruldu. 1936 11 iyul: Robert Kennedi körpüsü açıldı. Şəhərin mərkəzində Ford fondunun baş ofisi tikildi. 1937 11 avqust: Nyu-Braytondakı güclü yağış nəticəsində bina çökdü. Nəticədə 19 nəfər həlak oldu. Linkoln tuneli açıldı. New York Journal-American qəzeti nəşr olundu. 1939 aprel: Nyu-York Ümumdünya Sərgisi baş tutdu. Rokfeller mərkəzi tikildi.

1940-cı illər 1940 – Əhali: 7,454,995. 1941 – Şəhərdəki ilk iki televiziya kanalı ilk dəfə yayıma başladı (WNBT (indiki WNBC) və WCBW (indiki WCBS-TV). 1943 – Nyu-York dəb həftəsi başladı. 1945 – 28 iyul: B-25 Mitchell təyyarəsi səhvən Empayr Steyt Bildinqin 79-cu mərtəbəsinə düşərək 13 nəfəri öldürdü. 1946 12 yanvar: Nyu-York zəfər paradı. 20 may: ABŞ Hərbi Hava Qüvvələrinə aid C-45 Beechcraft təyyarəsi Uol Strit 40 binasının 58-ci mərtəbəsinə düşərək 5 nəfəri öldürdü.

1950 – 1970-ci illər

1950-ci illər 1950 Port Autoriti avtobus dayanacağı açıldı. 22 noyabr: Keu Qardns qatar qəzasında 78 nəfər öldü, 363 nəfər yaralandı. 1955 – The Village Voice qəzeti nəşrə başladı. 1956 Sbarro opens the first store Bensonhurst, Brooklyn. 1957 – 1 fevral: Northeast Airlines-in 823 nömrəli uçuşunda təyyarə Rikers adasına düşdü. Nəticədə 101 sərnişindən 20-si öldü. 1959 3 fevral: American Airlines-in 320 nömrəli uçuşunda təyyarə enişə yaxınlaşanda İst-Riverə düşdü. Nəticədə 73 sərnişindən 65-i öldü. 21 oktyabr: Quqqenhaym muzeyi açıldı.

1960-cı illər 1960 – Əhali: 7,781,984. 1962 1 mart: American Airlines-ə aid təyyarə qəzası nəticəsində 95 sərnişinin hamısı həlak oldu. 30 noyabr: Eastern Airlines-ə aid təyyarə qəzası nəticəsində 51 sərnişindən 25-i öldü. 1965 8 fevral: Eastern Airlines-ə aid təyyarə qəzası nəticəsində 84 sərnişinin hamısı həlak oldu. 21 fevral: Malkolm X İslam millətinin üç nümayəndəsi tərəfindən öldürüldü . 1968 – New York jurnalı nəşrə başladı. 1969 – Interview jurnalı nəşrə başladı.

1970-ci illər 1970 İlk Nyu-York marafonu — hazırda dünyanın ən böyüyüdür. LGBT Qürur paradı başladı. 1978 – 28 iyul: Bir qadın Empayr Steyt Bildinqin ən yuxarısında uşağını dünyaya gətirdi.

1980 – 1990-cı illər 1981 – 3 iyul: "Homoseksuallarda rast gəlinən nadir xərçəng" (QİÇS) haqqında ilk məqalə The New York Times qəzetində dərc olundu. istifadə tarixi: 4 fevral 2018 1984 Paper jurnalı nəşrə başladı. Fantastika şousu Cosby Show yayımlanmağa başladı. 1988 Brukfayld binasının tikintisi başa çatdı. Şəhərdə Human Rights Watch-un baş ofisi açıldı. 1990 1 yanvar: David Dinkins şəhərin ilk afroamerikalı meri oldu. Şəhərdə 2 245 cinayət qeydə alındı. Bu say rekord idi. Əhali: 7,322,564. 1996 The Daily Show (televiziya proqramı) yayımlanmağa başladı. Göydələn muzeyi açıldı.

Müasir dövr

2000-ci illər 2000 – Əhali: 8,008,288. 1,2 milyondan çox xarici vətəndaş şəhər gəldi. 2001 11 sentyabr: Terror aktları. 12 noyabr: American Airlines-ə aid təyyarə qalxışdan qısa müddət sonra yerə düşdü. Nəticədə 260 sərnişin və ərazidəki 5 nəfər həlak oldu. 2007 – Nyu-York Tayms Bildinqin tikintisi başa çatdı. 2008 – mart: Tayms-skver bombalandı.

2010-cu illər 2010 may: Tayms-skveri bombalamaq cəhdi. Humans of New York nəşrə başladı. Əhali: 8,175,133. 2013 21 may: Nyu-York FK quruldu. 13 noyabr: 4 Dünya Ticarət Mərkəzi açıldı. Şəhərdə 21st Century Studios-un baş ofisi açıldı. Əhali: 8,405,837. 2016 17 sentyabr: Manhetten partlayışı. Bomba partlayışı nəticəsində 29 nəfər yaralandı. Şübhəli şəxs Əhməd Xan Rəhami iki gün sonra tutuldu. 9 noyabr: Prezident seçkilərinin ardınca Trampa qarşı protestolar başladı. December 31: main location of Carnegie Deli closes. 2017 21 yanvar: ABŞ prezidenti Trampa qarşı qadınların protestosu baş tutdu. Şəhərdə sadəcə 290 cinayət qeydə alındı. Bu statistika 1928-ci ildən bəri ən aşağı idi. 2018 – 11 iyun: 3 Dünya Ticarət Mərkəzi açıldı. 2019 – Nyu-Yorka rekord sayda 66,6 milyon turist gəldi və bu sənayeyə 80,3 milyard dollar iqtisadi təsir göstərdi.

2020-ci illər 2020 1 mart: 25 fevralda İrandan Manhettenə geri qayıdan 39 yaşlı tibb işçisi şəhərdə qeyd olunan ilk COVID-19 xəstəsi oldu. 15 mart: Bütün məktəblər ən az aprel ayının ortasına qədər bağlandı. 22 mart: Şəhər pandemiyaya görə karantin rejiminə keçdi. Əhali: 8,804,190. 2021 11 dekabr: Nyu-York FK tarixindəki ilk MLS Kubokunu qazandı. 2022 9 yanvar: Bronksda yerləşən binada baş verən yanğın nəticəsində 17 nəfər həlak oldu. 21 yanvar: Harlemdə bir polis öldü, digəri yaralandı.

İllərə görə cinayətlər right|thumb|400x400px|İllərə görə şəhərdəki cinayətlərin cədvəli İlCinayətlər19284041929425193049419315881932579193354119344581935 n/a19365101937–1959 n/a1960482196148319626311963548196463619656341966654196774619689861969104319701117197114661972169119731680197415541975164519761622197715571978150419791733198018141981182619821668198316221984145019851384198615821987167219881896198919051990224519912154199219951993194619941561199511771996983199777019986331999671200067320016492002587200359720045702005539200659620074942008522200947120105342011515201241420133322014333201535220163352017292201828920193182020462

İstinadlar

Kateqoriya:Nyu-York