Corc Oruellin biblioqrafiyası — britaniyalı yazıçı Erik Artur Bleyer (1903–1950) tərəfindən bəziləri əsl adı ilə, bir çoxu isə Corc Oruell təxəllüsü ilə yayımlanan jurnal, esse, roman və qeyri-bədii əsərlərin siyahısı. Oruell "ehtimal ki, 20-ci əsrin ingilis mədəniyyətinin ən yaxşı salnaməçisi" elan edilmişdir və müasir ingilis cəmiyyəti və ədəbi tənqid ilə bağlı mövzularda məhsuldar bir yazıçı olmuşdur. Qeyri-bədii mədəni və siyasi tənqid onun əsərlərinin böyük əksəriyyətini təşkil edirdi, lakin Oruell bədii ədəbiyyatın digər bir neçə janrına da müraciət etmişdir.

Oruell daha çox siyasi şərhləri ilə solçu anti-totalitar kimi yadda qalmışdır. O, "Niyə yazıram" (1946) essesində izah etdiyi kimi, "1936-cı ildən bəri yazdığım bütün ciddi əsərlərin hər bir sətri birbaşa və ya dolayı yolla, mənim başa düşdüyüm kimi, totalitarizmin əleyhinə və demokratik sosializmin lehinə yazılmışdır". Bu məqsədlə Oruell öz siyasi əqidəsini müdafiə etmək üçün bədii ədəbiyyatdan, eləcə də jurnalistikasından istifadə edirdi. O, ilk dəfə "Heyvanıstan" adlı povesti ilə geniş şöhrət qazanmış və ölümündən qısa müddət əvvəl "1984" romanının nəşri ilə tarixdəki yerini möhkəmləndirmişdi. Bədii ədəbiyyat onun yaradıcılığının kiçik bir hissəsini təşkil etsə də, bu iki roman onun ən çox satılan əsərləridir və 2007-ci ilə qədər altmış iki dildə demək olar ki, əlli milyon nüsxə — bütün digər iyirminci əsr müəlliflərinin hər hansı bir kitab cütlüyündən daha çox satılmışdır.

Oruell Britaniyanın müxtəlif jurnalları üçün qeyri-bədii ədəbiyyat, o cümlədən kitab icmalları, redaksiya məqalələri və jurnalistika araşdırmaları yazmışdır. O, sağlığında yüzlərlə məqalə, o cümlədən Britaniya xəbər həftələrində ədəbi və mədəni tənqidlə, eləcə də açıq-aşkar siyasi yazıları ilə bağlı bir neçə müntəzəm qəzet sütunları dərc etdirdi. Bundan əlavə, o, "Paris və Londonda qara qəpiksiz" və "Viqan Perə gedən yol" adında Britaniyada yoxsulluq haqqında kitab uzunluğunda araşdırmalar və İspaniya vətəndaş müharibəsi haqqında ilk retrospektivlərdən biri olan "Kataloniyaya məhəbbətlə" kitabını yazdı. 1941–1946-cı illər arasında o, həmçinin amerikan siyasi və ədəbiyyat jurnalı "Partisan Review" üçün birincisi 1941-ci ilin mart-aprel tarixli sayında dərc olunan on beş "London məktubları" yazdı.

Oruellin əsərlərinin cəmi iki məcmuəsi onun sağlığında nəşr olundu, lakin ölümündən sonra 12-dən artıq məcmuəsi ortaya çıxdı. Tam əhatəli kolleksiyalar üçün iki cəhd edilmişdir: İan Anqus və Oruellin yoldaşı Sonya Braunell tərəfindən birlikdə redaktə edilmiş dörd cildlik "Toplanmış Esselər, Jurnalistika və Məktublar" (1968, 1970) və 1980-ci illərin ortalarında nəşrə başlayan Piter Devisonun redaktorluğu ilə 20 cildlik "Corc Oruellin əsərlər toplusu". İkinci məcmuəyə "İtmiş Oruell" (2007) adlı addendum da daxildir.

Oruellin böyük məcmuəsinin təsirləri "1984" kimi qərbi kanonuna olan əlavələrdə, onun davamlı ictimai xəbərdarlığa və elmi təhlillərə tabe olmasında və onun təsir etdiyi yerli ingilis dilində olan dəyişikliklərdə, xüsusilə totalitar cəmiyyətləri təsvir etmək üçün "Oruellçilər" deyilməsində özünü göstərir.

Kitablar: qeyri-bədii və bədii Oruell 6 bədii əsər yazmışdır: "Birma günləri", "Keşiş qızı", "Yaşasın fikus!", "Boğuluram", "Heyvanıstan" və "1984". Bunların bir çoxu yarımavtobioqrafik əsərlərdir. "Birma günləri" onun imperiya polisi işlədiyi dövrlərdən ilhamlanıb və uydurmadır. "Keşiş qızı" həddən artıq çox işləməkdən huşunu itirən və amneziya xəstəliyi ilə — yaddaşını itirərək oyanan, özünə gələn kimi kəndi gəzib-dolaşmağa məcbur olan və keşişin qızı olmasına baxmayaraq tanrıya qarşı inamını itirən bir gənc qadın haqqındadır. "Yaşasın fikus!" və "Boğuluram" Britaniyanın sosial sinif sisteminin ətraflı araşdırmasıdır. "Heyvanıstan" və "1984" onun ən məşhur romanlarıdır.

Oruell bədii əsərlərindən əlavə 3 qeyri-bədii əsər də yazmışdır. "Paris və Londonda qara qəpiksiz" Oruellin bu iki şəhərdə keçirdiyi avaraçılıq günlərinin qeydləridir. "Viqan Perə gedən yol" ilk başda İngiltərənin şimalındakı yoxsulluğun tədqiqi kimi başlayır, lakin sonda Oruellin yoxsulluqla bağlı bəzi təcrübələrini təsvir edən geniş avtobioqrafik esse ilə bitir. "Kataloniyaya məhəbbətlə" onun İspaniya vətəndaş müharibəsi zamanı inqilabçı Kataloniyada faşizmə qarşı Marksist Birliyi İşçi Partiyası ilə könüllü formada mübarizə aparan biri kimi təcrübələrindən bəhs edir.

+Corc Oruellin qeyri-bədii və bədii kitablarıİlk nəşrin üz qabığıKitabın adıYayımlanma tarixiNəşriyyat"Paris və Londonda qara qəpiksiz"9 yanvar 1933"Victor Gollancz Ltd.""Birma günləri"25 oktyabr 1934"Harper & Brothers""Keşiş qızı"11 mart 1935"Victor Gollancz Ltd.""Yaşasın fikus!"20 aprel 1936"Victor Gollancz Ltd.""Viqan Perə gedən yol"Fevral 1937 8 mart 1937"Left Book Club" "Victor Gollancz Ltd.""Kataloniyaya məhəbbətlə"25 aprel 1938"Secker and Warburg""Boğuluram"12 iyun 1939"Victor Gollancz Ltd."100px|frameless|center|alt=Üz qabığının yuxarı yarısında böyük şriftlə müəllifin adı, aşağı yarısında böyük və qalın şriftlə əsərin adı"Heyvanıstan"17 avqust 1945"Secker and Warburg" "1984"8 iyun 1949"Secker and Warburg"

Məqalələr və esselər Oruell yüzlərlə esse, kitab icmalı və redaksiya məqalələri yazmışdır. Onun dilçilik, ədəbiyyat və siyasət — daha dəqiq desək, antifaşizm, antikommunizm və demokratik sosializm — ilə bağlı fikirləri onun ölümündən illər sonra belə öz təsirini göstərməyə davam etmişdir. Bunlardan bəziləri onun yaşadığı dövrdə müxtəlif məcmuələrdə nəşr olundu: 1940-cı ildə orijinal naşiri "Victor Gollancz Ltd." tərəfindən "Balinanın içərisində və digər esselər" və 1946-cı ildə "Secker and Warburg" tərəfindən "Tənqidi esselər". "Secker and Warburg" nəşriyyatı həmçinin 1950-ci ildə "Fili necə vurdum və digər esselər" (2003-cü ildə "Penguin" tərəfindən yenidən çap olunmuşdur) və 1953-cü ildə "İngiltərə, sənin İngiltərən və digər esselər" məcmuələrini çap etmişdir.

Onun ölümündən bəri dəfələrlə yazdığı müxtəlif esse kolleksiyaları ortaya çıxmışdır. Onun hərtərəfli kolleksiyasının yaradılmasına ilk cəhd İan Anqus və Sonya Braunell tərəfindən redaktə olunan dörd cildlik "Corc Oruellin esselər, məktublar və jurnalistika toplusu" olmuşdur. Bu toplu "Secker and Warburg" və "Harcourt" tərəfindən 1968–1970-ci illərdə çap olunmuşdur. De Monfor Universitetindən Piter Devison ömrünün 17 ilini Anqus və Şeyla Devison ilə birlikdə Oruellin bütün əsərlərini araşdırmağa və düzəlişlər etməyə həsr etmişdir və iyirmi cildlik "Corc Oruellin bütün əsərləri" seriyasının son on bir cildini onun esselərinə, məktublarına və jurnal yazılarına ayırmışdır. Bütün bu seriya ilk dəfə 1986-cı ildə "Secker and Warburg" tərəfindən çap olunmuş, 1998-ci ildə "Random House" tərəfindən yekunlaşdırılmış və 2000–2002-ci illər arasında yenidən nəzərdən keçirilmişdir. +Corc Oruellin bəzi məqalələri və esseləriAzərbaycanca adıOrijinal adıNəşr olunma tarixi Qeyd"Avaranın həyatından bir gün"1929"Londonda dilənçilər"1929"Bir millət necə istismar olunur – Birmadakı Britaniya İmperiyası"1929"Əmək düşərgəsi"1931İlk dəfə 1931-ci ilin aprelində "Adelphi"də nəşr olundu. Daha sonra "Paris və Londonda qara qəpiksiz" kitabının 27 və 35-ci fəsillərinin yaradılması üçün ixtisar edilmiş və yenidən formalaşdırılmışdır."Asma"1931İlk dəfə 1931-ci ilin avqustunda "Adelphi"də nəşr olundu. Daha sonra 1946-cı ildə "The New Savoy"da yenidən çap olundu."Mayaout yığımı"1931"Ümumi yaşayış evləri"1932"Redyard Kiplinq"1936"Bukinist xatirələri"19361936-cı ilin noyabrında "Fortnightly"də nəşr olundu."Fili necə vurdum"19361936-cı ilin payızında "New Writing" tərəfindən nəşr olundu."Mədəndən aşağı"19371937-ci il martın 8-də "Viqan Perə gedən yol" kitabının birinci hissəsinin 2-ci ("Mədəndən aşağı") və 7-ci ("Şimal və cənub") fəsli kimi nəşr olundu."Şimal və cənub"1937"İspan sirlərinin açılması"1937İki hissədən ibarət olan bu essenin birinci hissəsi 29 iyul 1937-ci ildə, ikinci hissəsi isə 2 sentyabr 1937-ci ildə "New English Weekly"də nəşr olunmuşdur."Mərakeş"1939"Oruellin Mərakeş Gündəliyi"nin 9 oktyabr 1938-ci il tarixli hissəsinə əsaslanaraq yazılan bu esse 1939-cu ildə "New Writing"də çap edilmişdir."Oğlanların həftəlikləri"19401940-cı il martın 11-də "Balinanın içərisində və digər esselər"in daxilində nəşr olundu."Çarlz Dikkens"1940"Balinanın içərisində"1940"Proletar yazıçısı"1940"Mənim ölkəm sağ, yoxsa sol"1940"Çarlz Rid"19401940-cı ilin 17 avqustunda "New Statesman and Nation"da nəşr olundu."Mən nə üçün mübarizə aparıram?"1941"Donald MakQill sənəti"19411941-ci ilin sentyabrında "Horizon"da nəşr olundu."Aslan və təkbuynuz: sosializm və ingilis dahi"19411941-ci ilin 19 fevralında "Searchlight Books"da çap olunmuşdur."Uells, Hitler və Dünya dövləti"19411941-ci ilin avqustunda "Horizon"da nəşr olundu."Redyard Kiplinq"19421942-ci ilin fevralında "Horizon"da nəşr olundu."İspan müharibəsinə nəzər"19431942-ci ilin avqustunda yazılmışdır, lakin 1943-cü ilin iyununda 1-ci, 2-ci, 3-cü və 7-ci hissələri "New Road"da çap olunmuşdur."And içmiş zarafatçı"19431943-cü il 26 noyabr tarixində "Tribune"da nəşr olundu."Poeziya və mikrofon"1943"U. B. Yeyts"1943"Sosialistlər xoşbəxt ola bilər?"1943"Artur Kostler"1944"Ruhanilərin faydaları: Salvador Dali haqqında bəzi qeydlər"1944"Monarxiya haqqında"1944"Rafflz və miss Blendiş"1944"Britaniyada antisemitizm"1945"Parkın azadlığı"1945"Məhv olmuş Almaniyanın gələcəyi"1945"Yaxşı pis kitablar"1945"P. Q. Vudhausun müdafiəsində"1945"Mənasız şeiriyyət"1945"İngilis mətbəxinin müdafiəsində"1945"Milliyətçilik haqqında qeydlər"1945"İntiqam turşdur"1945"İdman ruhu"1945"Siz və atom bombası"1945"Azadlıq və xoşbəxtlik – Yevgeni Zamyatinin ‘Biz’ icmalı"1946"Brey vikarı üçün yaxşı söz"1946"Bir fincan əla çay"1946"Kitablar siqaretlərə qarşı"1946"Burnunuzun qarşısında"1946"Sadəcə zibil – Bəs buna kim qarşı qoya bilər?"1946"Kitab rəyçisindən etiraflar"1946"İngilis cinayətlərinin azalması"1946"Kasıblar necə ölür"1946"Ceyms Bernhem və idarəetmə inqilabı"1946"Əyləncə yerləri"1946"Siyasət və ingilis dili"1946"Siyasət ədəbiyyata qarşı — Qulliverin səyahətlərinə baxış"1946"Banqordan aşağı enərkən"1946"Adi Qurbağa haqqında bəzi fikirlər"1946"Ədəbiyyatın sıxışdırılması"1946"Niyə yazıram"1946"Suyun altındakı ay"1946"Britaniya kulinariyası"1946"Lir, Tolstoy və axmaq"1947"Uşaqlıq sevinci haqqında..."1947"Yazıçılar və Leviafan"1948"Qandi haqqında düşüncələr"1949"Mətbuat azadlığı: ‘Heyvanıstan’a təklif olunan müqəddimə"1972

Pamfletlər Oruellin "Aslan və təkbuynuz" ilə başlayan daha uzun esselərinin bir neçəsi pamflet şəklində idi: +Corc Oruellin pamfletləriİlk nəşrin üz qabığıKitabın adıHaqqında"Aslan və təkbuynuz: sosializm və ingilis dahi"19 fevral 1941-ci ildə onun naşiri olan "Secker and Warburg" tərəfindən "Searchlight Books No. 1" kimi çap olunmuşdur."Solun xəyanəti"1941-ci ildə onun digər müntəzəm naşiri olan "Victor Gollancz Ltd." tərəfindən Viktor Qollants, Con Streyçi və başqalarının materialları ilə birlikdə çap olunmuşdur."Qələbə, yoxsa şəxsi maraq?"15 may 1942-ci ildə Oruellin "Mədəniyyət və demokratiya" ("Faşizm və demokratiya" və "Vətənpərvərlər və inqilabçılar" əsərlərindən ibarətdir) əsəri ilə birlikdə "The Labour Book Service"-in çapından çıxmışdır."E. M. Forster, Ritçi Kolder, Sedrik Dover, Syao Syan və digərləri tərəfindən Hindistanla söhbət: Hindistan üçün ingilisdilli verilişlərin seçimi"1943-cü ildə Allen & Unwin tərəfindən yayımlanmış, Oruellin önsözü ilə redaktə edilmişdir."Ceyms Bernhem və idarəetmə inqilabı"1946-cı ilin iyulunda "Socialist Book Centre" tərəfindən "Ceyms Bernhem haqqında ikinci fikirlər" adı altında çap edilmişdir."İngilis xalqı"1947-ci ildə "HarperCollins" tərəfindən çap olunmuşdur."Britaniyalı pamfletçilər 1-ci cild: XVI əsrdən XVIII əsrə"1948-ci ilin yazında Oruell və Recinald Reynoldsun birgə redaktəsindən sonra Oruellin yazdığı önsözlə birlikdə "Allan Wingate" tərəfindən yayımlanıb.

Şeirlər Oruell nəzm yazmaqla çox tanınmasa da, o, məktəb günlərində yazdıqları da daxil olmaqla indiyə qədər gəlib çatmış bir neçə şeirini çap etdirmişdir: