ASD Kazale Futbol Klubu (əvvəllər AS Kazale Kalçio), italyanca adı "Il Football Club Casale A.S.D." olan futbol klubu. İtaliyanın Pyemont regionunda yerləşən, Kasale Monferrato şəhərini təmsil edir. Klub hal hazırda İtaliya D seriyasında çıxış edir.
Komandanın qara rəngli formasının sinəsində ağ ulduz olduğuna görə komandanın ləqəbi "nerostellati"dir ("ulduzlu-qaralar").
Tarixi left|thumb| 1914-cü ilin qalib Nerostellatisi: Qallina (düz papağını tutan qapıçı), Maggiani, Scrivano, Rosa, Luici Barbesino, Cüzeppe Parodi, Caira, Angelo Mattea, Covanni Gallina, Amedeo Varese, Bertinotti. Klub 1909-cu ildə yaranıb. Komanda qurulanda, Kasale şəhəri İtaliyada yeni futbol hərəkatının coğrafi mərkəzində yerləşirdi. Ətrafda Cenoa, Pro Vercelli, Milan, Torino və Yuventus İtaliya futbol liqasında aparıcı klublar var idi və Kasale tezliklə onların sıralarına qoşulur.
1913-cü ilin mayında Kasale, "Riding" futbol klubunu 2–1 hesabı ilə məğlub edərək, İngilis peşəkar komandasını məğlub edən ilk İtalyan klubu oldu. İtaliyada turda olan "Riding" klubu, bu tur zamanı bütün digər oyunlarında qalib gələrək Cenoa, Milan, Pro Vercelli və hətta İtaliya millisini məğlub etmişdi.
Növbəti mövsümdə Kasale ilk və yeganə milli titulunu qazanır. O zaman İtaliya futbol çempionatı regional əsasda təşkil edilirdi və ölkə çempionatı üç mərhələyə bölünurdu. Kasale Ligurian-Piedmontese divizionunun qalibi olaraq, ikinci yerdə qərarlaşan Cenoa ilə birlikdə ən yaxşı şimal komandalarının yarışdığı dviziona yüksəlir. Burda İnter Milan, Yuventus, Viçentsa və Verona kimi komandalarla birlikdə mübarizə aparır. Həmin divizionunda qalibi olan Kasale finalda mərkəzi-cənub çempionu Latsionu iki oyunun hər birində (7–1, 0–2) məğlub edərək İtaliya çempionu olur.
Birinci Dünya müharibəsindən sonra Kasale bir neçə onillik ərzində yüksək divizionda qalır.
Zamanla inkişaf edən futbola uyğunlaşmayan Kasale tədricən zəifləyir və aşağı diviziona düşür. 1934-cü il onların A Seriyasındakı son ili olur. Klub daha sonra maliyyə problemlərinə görə iki dəfə, 1993 və 2013-cü illərdə yenidən qurulur. 2013-cü ildə Kasale Futbol Klubu indiki adını alır.
"Kasale" və "Alessandria" azarkeşləri arasında qızğın rəqabət var.
Unudulmaz oyunçuları 1913–14-cü illərdə skudetto qazanan komandada meydana çıxan beş oyunçu İtaliya milli komandasında oynayıb, hamısı 1912–1914-cü illər arasında beynəlxalq oyunlarda debüt edib:
Luici Barbesino Covanni Gallina Anjelo Mattea Cüzeppe Parodi Amedeo Varese
Titulları
Milli titullar A Seriyası
Qalib : 1913–14
B Seriyası
Qalib : 1929–30
İtaliya Kuboku Dilettanti
Qalib : 1998–99
Submilli titullar Seriya C
Qalib : 1937–38 (Girone C), 1947–48 (Girone D)
C2 seriyası
Qalib: 1988–89 (Girone A)
D seriyası
Qalib: 1973–74 (Girone A), 1985–86 (Girone A) Prometed: 2003–04
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya A Seriyasının qalibi olmuş klublar Kateqoriya:Pyemont və Valle d'Aosta futbol klubları Kateqoriya:İtaliya futbol klubları Kateqoriya:A Seriyası klubları Kateqoriya:B Seriyası klubları Kateqoriya:C Seriyası klubları Kateqoriya:D Seriyası klubları Kateqoriya:İtaliya Birinci Divizion futbol klubları