Samara Vivinq (; ) — avstraliyalı aktrisa və model. O, karyerasına öz ölkəsində "Mavidən kənar" (2008) adlı serialda rol alaraq başlamışdır. "Ev və uzaq" (2009–2013) adlı teleserialda canlandırdığı İndi Volker roluna görə 2011-ci ildə "Ən yaxşı qadın rol" başlığı altında Avstraliya İncəsənət Akademiyası mükafatına (AACTA) namizəd görülmüşdür.
Həyatı Vivinq 23 fevral 1992-ci ildə Cənubi Avstraliyanın Adelaida şəhərində ingilis ata Simon Vivinq və maltalı ana Helena Bezzinanın ailəsində dünyaya gəlmişdir. O, Sinqapur, Fici, Avstraliya və İndoneziyada böyümüşdür. Atası kinorejissor, Yeni Cənubi Uelsin Nyukastl şəhərində yerləşən Nyukastl Universitetində müəllim və həmçinin Kanberra Beynəlxalq Film Festivalının bədii rəhbəridir. Anası Nyukastl Universitetində muzeyşünaslıq dərsi keçən sənət terapevtidir. Kiçik bacısı Morqan da aktrisadır. Aktyor Huqo Vivinq əmisidir.
Vivinq ailəsi ilə 2005-ci ildə Kanberraya köçdü və burada Kanberra Qızlar Qrammatika məktəbində təhsil aldı. O, məktəbdə oxuyarkən müxtəlif teatr tamaşalarında iştirak etmişdir.
Karyerası Vivinqin ilk aktrisalıq təcrübəsi 2008-ci ildə çəkilmiş Avstraliya-Böyük Britaniya serialı "Mavidən kənar"da Kristen Malroni rolu olmuşdur. 2009-cu ildə Avstraliya istehsalı "Ev və uzaq" adlı serialda İndigo "İndi" Volker rolunda yer almışdır. right|thumb|285x285px|Vivinq AACTA mükafatı (2012)-də İndi Volker rolunda görə 1-ci Avstraliya İncəsənət Akademiyası mükafatlarında (2012) "Ən yaxşı qadın rol" başlığı altında Auditoriyanın Seçimi mükafatına namizəd görülmüşdür. 2013-cü ildə əmisi ilə birilikdə cinayət filmi "Sirli yol"da yer aldı. Vivinq 2015-ci ildə "Eş ölü şeytana qarşı" teleserialının birinci mövsümündə Hater rolunu canlandırmışdır.
Vivinq 2012-ci ildə Avstraliyanın iç geyim markası Bonds üçün model çəkilişlərində iştirak etmişdir. 2016-cı ildə hərəkətli komediya filmi "Canavar yük maşınları"nda yer almışdır. Sonrakı ildə hərəkətli komediya-triller filmi "Qarışıqlıq"da və oktyabr ayında çıxan komediya-qorxu filmi "Dayə"də rol almışdır. O həmçinin "Ebbinqdən kənarda üç reklam lövhəsi, Missuri" filmində Con Hokesin sevgilisi olaraq rol almışdır. Vivinq Çarli Putun "Diqqət" adlı mahnısının video klipində yer almışdır ki, bu video YouTube platformasında 1 milyarddan çox izlənilmişdir.
2017-ci ildən 2019-cu ilə qədər Showtimes telekanalında yayımlanan "SMILF" teleserialında Nilson Roz rolunda yer almışdır. Vivinq ikinci mövsümdə müqavilənin ləğv edilməsi istəyib çəkilişlərdən uzaqlaşmışdır. Buna səbəb olaraq isə seks səhnəsini göstərmişdir.
Vivinq 2018-ci ildə "Hanqinq-Rokda piknik" miniserialında üç məktəbli şagirddən biri olaraq rol almışdır. O, "Hazırsan ya yox" (2019) filmində baş rolda yer almışdır. Film rəyçilər tərəfindən müsbət qiymətləndirilmişdir. O həmçinin hərəkətli komediya filmi "Akimbo silahları"nda (2019) və 2020-ci ildə "Aydınlığın son anı" və "Dayə: Qatil kraliça" filmlərində baş rolda və "Bill və Ted musiqi ilə üzləşir" filmində Ti Preston rolunda yer almışdır. O həmçinin "İlan gözlər" (2021) filmində Skarlett rolunda yer almışdır.
Vivinq Adam Lonun bioqrafik filmi "Liz"də amerikalı sosialist Elizabet Petterson Bonapartı və "Dovşan dəliyindən aşağı: Keçmiş Playboy dovşanının maraqlı macəraları və nağılları" filmində hələ ki bilinməyən rolu canlandıracaq.
Şəxsi həyatı Vivinq 10 mart 2019-cu ildə yaradıcı istehsalçı Cimmi Vorden ilə nişanlandığını açıqladı.
Filmoqrafiya
Film İlBaşlıqRolQeyd2009SprungFranQısa film2009StepsÖzüQısa film2013Mystery RoadPeggy2014Growing YoungMinksQısa filmFlex Off 2014ÖzüSənədli film2015He Who Has It AllSerenaQısa film2016Bad GirlChloe Buchanan / Jessica CooperMonster TrucksBrianne2017MayhemMelanie CrossThree Billboards Outside Ebbing, MissouriPenelopeThe BabysitterBee2019Ready or NotGrace Le DomasGuns AkimboNix2020100% WolfBatty (səs)Last Moment of ClarityGeorgia Outerbridge / Lauren ClerkBill & Ted Face the MusicThea PrestonThe Babysitter: Killer QueenBee2021Snake EyesShana O'Hara / Scarlett2022BabylonTBAThe ValetOliviaChevalierMarie-Josephine
Televiziya İlBaşlıqRolQeyd2008Out of the BlueKirsten MulroneyBaş rol2009–2013Home and AwayIndi WalkerBaş rol20111st AACTA AwardsHerself / Presenter2015Squirrel BoysKellyİnternet serialı2015–2016Ash vs Evil DeadHeather2017–2019SMILFNelson RoseBaş rol2018Picnic at Hanging RockIrma LeopoldBaş rol2020HollywoodClaire WoodBaş rol2021Nine Perfect StrangersJessica ChandlerMiniserial
Musiqi videoları İlMahnıMüğənniRolQeyd2017"Diqqət"Çarli PutLove Interest
Mükafatlar və namizədliklər İlAssociationKateqoriyaİşNəticəİst.2011AACTA AwardsBest Female PerformanceHome and Away 2017Film Critics Circle of Australia AwardsBest ActressBad Girl Detroit Film Critics SocietyBest EnsembleThree Billboards Outside Ebbing, Missouri Florida Film Critics CircleBest CastOnline Film Critics SocietyBest EnsembleSan Diego Film Critics SocietyBest Ensemble Washington D.C. Area Film Critics AssociationBest Acting Ensemble2018Critics' Choice AwardsBest Acting EnsembleGeorgia Film Critics AssociationBest EnsembleGold Derby AwardsBest Ensemble CastScreen Actors Guild AwardsOutstanding Performance by a Cast in a Motion PictureSeattle Film Critics SocietyBest Ensemble2019Equity Ensemble AwardsOutstanding Performance by an Ensemble in a TV Movie or MiniseriesPicnic at Hanging RockGolden Schmoes AwardsBest T&A of the YearReady or NotIGN Summer Movie AwardsBest Lead Performer in a MovieFright Meter AwardsBest Actress in a Leading Role2020Fangoria Chainsaw AwardsBest ActressHNiD AwardsBest ActressWrite-in
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Avstraliya aktrisaları Kateqoriya:Avstraliyalılar Kateqoriya:Adelaidada doğulanlar Kateqoriya:Televiziya aktrisaları Kateqoriya:Avstraliya film aktrisaları Kateqoriya:XXI əsr aktrisaları