Səncərəli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. Mənbədə Sancaraqlı kimidir. XX əsrin əvvəllərində kənd dağılmışdır. Səncər Əxili adından təhrifdir. XIX əsrdə Zəngəzur qəzasında yaşayan Sofulu tayfasının bir qışlağı Səncərəxili idi.Зелинский С.П. Экономический быт государственный крестьян Зангезурского уезда Елизаветпольской губернии. “Материалы для изучения экономического быта гос. крестьян Закавказского края”. том. IV, 1886.Kirzioqlu F. Dede Korkut Oguznameleri. I. Istanbul. 1962. Qışlaq, görünür səncər (dərviş, sufi) əxiyə məxsus olduğuna görə Səncər Əxili adlanırdı. İranda Səncərabad, Səncərək, Kəlate Səncər və b. toponimlər barədə bax:Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимов Ирана. М., 1971. XIX əsrdə Lənkəran qəzasında Səncərədi kənd adı ilə mənaca eynidir.
İstinadlar
Kateqoriya:Zəngəzur qəzası Kateqoriya:Qafan rayonunun kəndləri