Nofəl Qasımov () — Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, şəhid Səid Rəşidzadənin atası.
Həyatı Nofəl Qasımov 1 may 1961-ci ildə Füzuli rayonunda anadan olmuşdur. İlk təhsilini Horadiz şəhər 1 nömrəli orta məktəbdə almışdır. Ali təhsilini Poltava Kooperativ İnstitunun Bakı filialında almışdır.
Nofəl Qasımov şəhid Səid Rəşidzadənin atasıdır.
Siyasi fəaliyyəti Nofəl Qasımov 23 dekabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 374 nömrəli fərmanı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. O, 19 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 717 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.
İstinadlar
Kateqoriya:Füzuli Rayon İcra Hakimiyyətinin başçıları