Bağrevənd döyüşü — 25 aprel 775-ci ildə Bağrevənd düzündə Abbasilər xilafətinə qarşı üsyan etmiş erməni knyazlarının qoşunları ilə xəlifə ordusu arasında döyüş. Döyüş Abbasilərin sarsıdıcı qələbəsi, əsas erməni liderlərinin ölümü ilə nəticələnmişdir. Xüsusilə Mamikonyanlar sülaləsinin gücü demək olar ki, tamamilə məhv olmuşdur. Döyüş ermənilərin Bizans imperiyasının ərazilərinə genişmiqyaslı köçünün başlanğıcına səbəb olmuşdur.
Zəmin Abbasilər xilafətinin qurulmasından sonra xəlifə Mənsur (754–775-ci illərdə hakimiyyətdə olmuşdur) müxtəlif erməni naxararlarına (knyaz) verilən subsidiyaları ləğv etmiş və əlavə olaraq onlara ağır vergilər qoymuşdur. Əksəriyyəti xristian erməni əhalisinə qarşı dini təqib halları ilə birlikdə bu tədbirlər 774-cü ildə böyük bir üsyanın qalxmasına səbəb olmuşdur.
Döyüş Üsyana Artavazd Mamikonyan başçılıq edirdi, lakin əksər naxarar ailələrinin birbaşa və ya üstüörtülü dəstəyini əldə etmişdir. Onların arasında ən diqqət çəkəni indiyə qədər ərəbpərəst Baqratunilər idi, lakin Artsruni və Süni sülalələri bitərəf qalmışdı. Üsyan bütün Ərməniyyəyə yayılmış və ərəb vergi yığanlara qarşı hücumlar adi hal almışdı. Yerli ərəb valisi Həsən ibn Qəhtəbə üsyançıları dayandıra bildirmişdi. Xəlifə Əmir ibn İsmayılın başçılığı ilə Xorasandan 30 min nəfərlik ordu vilayətə göndərilmiş və 25 aprel 775-ci ildə Bağrevənd döyüşündə ermənilər qəti məğlubiyyətə uğramışdılar. VII Smbat Baqratuni və VI Muşeq Mamikonyan döyüşdə həlak olmuşdur. Döyüşdən sonra üsyan Abbasilər tərəfindən yatırılmışdır.
Mənbə İstinadlar
Ədəbiyyat
Ter-Ghewondyan, Aram (1976) . The Arab Emirates in Bagratid Armenia. Translated by Nina G. Garsoïan. Lisbon: Livraria Bertrand. OCLC 490638192. Whittow, Mark (1996). The Making of Byzantium, 600–1025. Berkeley and Los Angeles, California: University of California Press. ISBN 978-0-520-20496-6.
Kateqoriya:775-ci ildəki hadisələr Kateqoriya:Abbasilər xilafətinin döyüşləri Kateqoriya:VIII əsrdə Ermənistan Kateqoriya:Türkiyədəki döyüşlər