Ceyms Kuk () — ingilis dəniz səyyahı. Bütün materiklərə ayaq basmış ilk insan.
Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir. Yazan:Aydan Cəfərli ★(335 nömrəli tam orta məktəbin 7a şagirdi)
Birinci ekspedisiya (1768–1771) Ceyms Kukun birinci ekspedisiyasının (1768–1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq idi. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza C. Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qvineya adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi.
İkinci ekspedisiya (1772–1776) İkinci ekspedisiya (1772–1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini keçmişdir. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun Cənub torpaqlarının olmadığı qənaətinə gəlir. Bu ekspedisiya zamanı Cənub yarımkürəsinin mülayim enliklərində böyük quru sahəsinin olmadığını sübuta yetirmiş və Sakit okeanda bir sıra adanı öyrənmişdir. Həmin ilin yayında Cənub materikini tapmağa daha iki dəfə cəhd etmiş, 71º10' c.e.-nə çatmışdır.
Üçüncü ekspedisiya (1776–79) Kukun 1776-cı ildə təşkil olunan üçüncü ekspedisiyasının məqsədi Atlantik okeanından Sakit okeanına gedən yolun axtarışı olmuşdur. Bu axtarış zamanı onun gəmiləri Şimali Amerikanın Alyaska sahillərini tədqiq edir, burada tapdıqları buruna Prins Uelsin adını verirlər, lakin keçilməz buzlar onları dəniz yolu axtarışı fikrində daşınmağa məcbur edir və geri dönürlər. 1779-cu ildə geriyə dönən Kuk yolüstü Havay adalarını kəşf edir və baş verən münaqişə zamanı yerli sakinlər tərəfindən həmin ilin 22 fevralında öldürülür.
Həmçinin bax Ceyms Kukun üçüncü dünya səyahəti
İstinadlar
Xarici keçidlər
http://www.captaincooksociety.com/ http://ns1763.ca/hfxrm/cookjmon.html
Kateqoriya:İngiltərə dənizçiləri Kateqoriya:Britaniya səyyahları Kateqoriya:Tədqiqatçılar Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Dünya ətrafında dövr edənlər Kateqoriya:Qətl qurbanları Kateqoriya:XVIII əsr tarixi Kateqoriya:Okeaniyanın tədqiqatçıları Kateqoriya:Antarktikanın tədqiqatçıları