KCR-556 — KALE qrupu tərəfindən təkmilləşdirilən avtomatdır. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən 5.56x45mm NATO mərmi istifadə edən avtomatdır. Uzun variantı 368 mm, qısa variantı 280 mm, yaxın məsafəli döyüşlər üçün hazırlanan variantı isə 190 mm uzunluğunda lüləyə malikdir.

890 mm uzunluğa malik silah 3.3 kg ağırlığa malikdir. Dəqiqədə 750–950 güllə işlədə bilir. 10.000 atışadək problemsiz işləyə bilir. Türkiyə Respublikasının yerli istehsalına məxsus silahlardan biridir. Silaha müxtəlif optik nişangahlar əlavə etmək olur. Darağı 30 mərmi tutumuna malikdir.

İstinadlar

Xarici keçidlər https://www.kalekalip.com.tr/products/kcr556

Kateqoriya:Türkiyə avtomatları Kateqoriya:Türkiyə tüfəngləri