Vilyam Katbertson Vulf (; ) — Şotlandiya mühasibi, sənayeçisi və siyasətçisi. O, 1969–1979-cu illərdə Şotlandiya Milli Partiyasının (ŞMP) milli təşkilatçısı (lideri) olmuşdur. Vulf ŞMP-nin müasir, proqressiv siyasi hərəkata çevrilməsində və ŞMP-nin sosial-demokrat siyasi hərəkatının inkişafında mərkəzi rol oynamışdır.
Şəxsi həyatı Vilyam Vulf 1953-cü ildə Arna Dinviddi ilə evlənmişdir və cütlüyün dörd övladı olmuşdur. O, 2010-cu ilin martında 86 yaşında Hamiltondakı Oudston Xəstəxanasında vəfat etmişdir. Aleks Salmond və İan Qrey ona başsağlığı verən siyasi liderlər arasında idi. Salmond Vulfun "ŞMP-ni müasir siyasi partiyaya çevirdiyini" bildirmişdi.
Əsərləri Scotland Lives: the Quest for Independence, 1973
İstinadlar
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Şotlandiya siyasətçiləri