Vətənpərvərlər () Amerika Birləşmiş Ştatlarının qərbində hava şouları ilə çıxış edən mülki aerobatika komandasıdır. Şou zamanı 6 ədəd Aero L-39 Albatros təyyarəsi istifadə olunur. Komandanın bazası Kaliforniyada yerləşir.

Komanda 2003-cü ildə iki L-39 təyyarəsi ilə uçuş nümayişlərinə başladı. 2004-cü ilin hava şousu mövsümündə komandaya üçüncü L-39 əlavə edildi. 2006-cı ildə daha bir təyyarə əlavə olundu. 2010-cu ildə təyyarələrin sayı 6-ya çatdırıldı. Komanda 25-dən çox könüllüdən ibarət texniki heyət tərəfindən dəstəklənir.

Pilotlardan bəziləri Mavi Mələklər, Thunderbirds, Snowbirds kimi məşhur aerobatika eskadronlarının köhnə pilotlarıdır.

Təchizat +TəyyarəMissiyasıSayıQeydAero L-39 AlbatrosAerobatika7MiQ-17Aerobatika2Rockwell Sabreliner 60Aerobatika, Dəstək, Təlim1

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Aerobatika komandaları