– Yaponiya biokimyaçısı və onkoloqu.

1878-ci ildə Tokio şəhərində doğulmuşdur. Tokio Universitetindən məzun olduqdan sonra 1913-cü ildə Kioto Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur. Daha sonra 1915-ci ildə Kyoundo xəstəxanasının sayca 3-cü direktoru təyin olunmuşdur.

Sasaki xərçəng xəstəliyi sahəsindəki tədqiqatlarına görə tanınır. O, tələbəsi Yoşida Tomizo ilə birlikdə siçovullardan istifadə edərək azoboyaqlar vasitəsilə qaraciyər xərçənginin induksiyasını nümayiş etdirmişdir. O, 1924-cü ildə "Protein və qurucu amin turşularının bakterial deqradasiyası və amin turşularının sintezi üzrə apardığı tədqiqatlara", 1936-cı ildə isə "C14H15N3 ilə qaraciyər karsinomasının təcrübi yetişdirilməsinə görə" Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1940-cı ilin noyabrında "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya biokimyaçıları Kateqoriya:İmperator Mükafatının laureatları Kateqoriya:Xərçəng xəstəliyinin tədqiqatçıları Kateqoriya:Yaponiya onkoloqları Kateqoriya:Tokio Universitetinin məzunları Kateqoriya:Kioto Universitetinin müəllimləri Kateqoriya:Yaponiya internoloqları