– Yaponiya həkimi, botaniki və ranqaku alimi.
Həyatı 1739-cu ildə Obama hanında həkim ailəsində doğulmuşdur. O, gənc yaşlarından etibarən botanika və mineralogiyaya maraq göstərmişdir. 1764-cü ildə Hiraqa Qennay ilə birlikdə asbest parçanı ixtira etmişdir. O, daha sonra Qərb tibbinə maraq göstərmiş və Yasutomi Kisekidən holland dilini öyrənmişdir. Maeno Ryotaku, Suqita Qenpaku və digər alimlərlə birlikdə alman anatom Yohan Adam Kulmusun "Anatomiya cədvəlləri" (, 1722) əsərinin 1734-cü ildə nəşr olunmuş holland versiyasını () yapon dilinə tərcümə etmişdir. Bu əsər 1774-cü ildə Yaponiyada "Yeni anatomiya kitabı" adı ilə nəşr olunmuş və Yaponiyada Qərb tibbinin öyrənilməsi üçün vacib rol oynamışdır.
Cunan isveçli həkim və botanik Karl Peter Tunberqdən dərslər almış, hollandların Naqasakidə yerləşən ticarət postunun direktoru İsaak Titsinqlə dostluq etmişdir.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyada doğulanlar Kateqoriya:Yaponiya həkimləri Kateqoriya:Yaponiya botanikləri Kateqoriya:Ranqaku