Yan Yosten van Lodensteyn (; ) və ya yapon dilindəki adı ilə – Yaponiyaya gəlmiş ilk hollandlardan biri.
Həyatı Yan Yosten van Lodensteyn 1556-cı ildə Hollandiyanın Delft şəhərində doğulmuşdur. O, 1600-cü ildə ikinci şturman kimi Niderlanda məxsus "Liefde" gəmisi ilə birlikdə səyahətə çıxmışdır. Gəmi yolda zədəli vəziyyətə düşmüş, Sakit okeanı keçərək Yaponiyanın Kyuşu adasına çatmışdır. Yan Yosten, ingilis şturman Vilyam Adams və digər sağ qalanlar Tokuqava İeyasu tərəfindən qarşılanmışdır. O və Vilyam Adams İeyasunun məsləhətçiləri və dostları olmuşdurlar.
Yan Yostenə İeyasu tərəfindən Edo ərazisində iqamətgah bağışlanmış, daha sonra yapon qadınla ailə həyatı qurmuşdur. Ona xarici ticarətlə məşğul olma icazəsi verilmiş, Hiradoda holland fabrikinin qurulmasından sonra holland tacirlərlə şoqunluq arasında əlaqələndirici şəxs olmuşdur.
Yan Yosten Niderlanda qayıtmaq ümidi ilə Yaponiyadan ayrılmış və Yava adasında yerləşən Bataviya şəhərinə çatmışdır. Lakin holland rəsmilər onun irəliləməsinə icazə verməmişdirlər. Bataviyadan Yaponiyaya qayıdarkən gəmisi Cənubi Çin dənizində yerləşən Parasel adalarında qəzaya uğramış və o, boğularaq ölmüşdür.
İrsi Tokionun Yaesu rayonunun adı bu ərazidə yaşamış Yan Yostenin adından yaranmışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Niderland dənizçiləri Kateqoriya:Yaponiyadakı Niderland qürbətçiləri Kateqoriya:Edo dövrü