Oqast Karl Rayşauer (; ) – amerikalı presviterian missioneri. Yaponiyadakı fəaliyyətinə görə tanınır. 1918-ci ildə Tokio Qadınlar Xristian Universitetinin, 1920-ci ildə isə həyat yoldaşı ilə birlikdə Yaponiya Karlar Danışıq Məktəbinin əsasını qoymuşdur.

Həyatı Oqast Karl Rayşauer 1879-cu ildə ABŞ-nin İllinoys ştatının Consboro şəhərində doğulmuşdur. 1902-ci ildə Hanover kollecindən, 1905-ci ildə isə Makkormik Teologiya Seminariyasından məzun olduqdan sonra Yaponiyaya getmişdir. Rayşauer xristianlığın digər dinlərlə əlaqəsi ilə maraqlandığı üçün 1917-ci ildə "Yaponiyada buddizm tədqiqatları" adlı elmi işini nəşr etdirmişdir. O, həmçinin Yaponiyada təkrarlanan protestant missionerlik cəhdlərini aradan qaldırmağa və məzhəb seminariyalarını möhkəmləndirməyə cəhd etmişdir. 1917-ci ildə Nyu-York Universiteti tərəfindən fəxri dərəcə ilə təltif olunmuşdur.

1941-ci ildə Yaponiyanı tərk etmiş və bir neçə il Nyu-York şəhərindəki Birlik Teologiya Seminariyasında müqayisəli dinlər mövzusunda dərslər vermişdir. Əsas əsərlərinə "Yaponiyada tapşırıq: Müasir missionerlik prinsiplərinin tədqiqi" (1926) və "Oco yoşu: Cənnətdə doğum haqqında esselər" (1930) aiddir.

Ailəsi Böyük oğlu Robert "Erkən Yaponiya tarixi, e.ə. 40 – b.e. 1167" adlı əsərinin nəşrindən qısa müddət sonra Şanxayda hava bombardımanı nəticəsində ölmüşdür. İkinci oğlu Ervin tanınmış yaponşünas olmuş, 1961–1966-cı illərdə ABŞ-nin Yaponiyadakı səfiri vəzifəsini yerinə yetirmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:ABŞ presviterianları Kateqoriya:Yaponiyadakı ABŞ qürbətçiləri