link=//upload.wikimedia.org/wikipedia/commons/thumb/8/82/SenegaleseSpahi.jpg/300px-SenegaleseSpahi.jpg|thumb|330x330px| Seneqal spahisinin təsviri. Spahi — Fransa ordusunun tərkibində olan yüngül süvarilə növü.
Xidmətə cəlb olunanlar əsasən Əlcəzair, Tunis və Mərakeşin yerli əhalisindən idi. Termin Osmanlı süvarilərindən olan "sipahi" adının fransızca transkripsiyasıdır.
Seneqal spahisi Məğrib spahi alaylarına əlavə olaraq, Fransa Qərbi Afrikasında iki spahi eskadronu yaradılmışdır.Pierre Rosiere, "Spahis - des spahis algeriens aux gardes rouges de Dakar", pp. 121–122 Sıravilər Seneqal və Fransa Sudanının (indiki Mali) yerli əhalisindən, zabitlər isə Şimali Afrika spahi bölmələrindən ezam olunmuşlar. 1928-ci ildə Seneqal spahiləri Atlı Jandarma olaraq yenidən təşkil edilmişdir.Pierre Rosiere, "Spahis - des spahis algeriens aux gardes rouges de Dakar", p. 137 Seneqal Respublikasının müasir Milli Jandarmeriyası ənənələri və forması müstəmləkə dövrünün Seneqal spahilərinə aid olan mərasim eskadronu daxildir.
İtaliya spahisi 1912–1942-ci illərdə Liviyadakı İtaliya müstəmləkə rejimi Fransa–Əlcəzair modelinə uyğun olaraq, kəndlərdə və səhrada patrul etmək üçün istifadə edilən bir neçə spahi süvari birliklərini xidmətə götürmüşdür. Zabitlərinin italyan olmasına baxmayaraq, bu dəstələr yerli Liviya süvari birləşmələrindən daha az nizamlı idi. Spahi forması onların cəlb olunduğu tayfaların ənənəvi geyimləri əsasında işlənib hazırlanmışdır.Plates I & IV, "Under Italian Libya's Burning Sun", The National Geographic Magazine August 1925
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Süvari qoşun Kateqoriya:Fransa Silahlı Qüvvələri Kateqoriya:Liviya tarixi Kateqoriya:Mərakeş tarixi Kateqoriya:Seneqal tarixi Kateqoriya:Tunis tarixi Kateqoriya:Əlcəzair tarixi