I Aleksandr Georgiyeviç () — 1476–1511-ci illərdə Kaxeti çarı. Osmanlı və Səfəvi qoşunlarının Kaxetiyə basqın təhlükəsinin qarşısını almaq məqsədilə müttəfiqlər axtaran I Aleksandr Rusiya dövləti ilə monqol istilasından sonra kəsilmiş əlaqələri bərpa etmiş, 1483-cü və 1491-ci illərdə III İvanın yanına elçilər gəndərmişdi. XVI əsrin əvvəlindən Şah İsmayılın vassalı olmuşdur. Gürcüstan üzərində Osmanlı ilə Səfəvilər dövləti arasında mübarizənin səbəb olduğu saray çəkişmələri nəticəsində öldürülmüşdür.

İstinadlar

Əlavə ədəbiyyat Славянская энциклопедия. Киевская Русь — Московия: в 2 т. / Автор-составитель В. В. Богуславский. — Т. 1. — С. 14.

Kateqoriya:Kaxeti çarları Kateqoriya:Baqrationlar Kateqoriya:XVI əsrdə öldürülən monarxlar