və ya bəzən – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi.
Tarixi Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır. Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur.
Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur.
Xüsusiyyətləri Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir. Əsas məbəd şəhərin içində yerləşir. Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir.
Məbədin illik festivalı 17 aprel tarixində baş tutur.
Qalereya
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Toçiqi prefekturasındakı şintoist məbədləri Kateqoriya:Nikko Kateqoriya:Yaponiyadakı ümumdünya irsi Kateqoriya:Beppyo məbədləri Kateqoriya:Yaponiyanın əhəmiyyətli mədəni mülkləri