Frankfurt-na-Oder (, tam adı: , tarixi adı: Mapa Polski 1:500 000 Wojskowy Instytut Geograficzny Sztabu Generalnego W.P., Warszawa 1947 [Koleje Pomorza 1:1100 000, marzec 1946 https://web.archive.org/web/20131023055353/http://www.kolej.one.pl/mapy/1/1099510834.jpg]) — Almaniyanın şərqində şəhər, Brandenburq federal əyalətindəki şəhər dairəsində qeyri-rayon şəhəri statusuna malik olub, Odra çayı üzərində limandır. Əhalisi - 57 min nəfərdir (2020-ci ilin siyahıyaalınması). Coğrafiyası Frankfurt-na-Oder şəhəri Polşanın Slubice şəhərindən ayıran Oder çayının qərb (sol) sahilində yerləşir. Tarixi Şəhərin əsası XIII əsrdə polyak hakimiyyəti dövründə qoyulmuşdur. İdarəetmə hüququ şəhərə 1225-ci ildə Sileziya şahzadəsi I Henrix tərəfindən verilmişdir. 1430-cu ildə Hanza İttifaqına qoşulmuşdu.
1759-cu il avqustun 3-də Yeddiillik Müharibənin müttəfiqləri burada görüşüblər - ruslar və avstriyalılar; bundan üç gün əvvəl şəhər rus qoşunları tərəfindən işğal edilib.
19-cu əsrdə Poznan və Berlin arasında yerləşdiyinə görə Prussiya ticarətində mühüm rol oynamışdır.
Şəhər İkinci Dünya müharibəsi zamanı ciddi ziyan görmüş, sonra yenidən qurulmuşdu. Müharibədən sonra Almaniya və Polşa arasında Odra boyunca bölündü (şəhərin şərq sahilindəki Polşa hissəsi Slubice adlanır). 1949-1990-cı illərdə ADR-in tərkibində olub.
Xarici keçidlər Stadt Frankfurt (Oder)
Kateqoriya:Almaniya şəhərləri Kateqoriya:Brandenburq şəhərləri Kateqoriya:XIII əsrdə yaranan yaşayış məntəqələri