Atropatena, Adurbadaqan, Atropat Midiyası (, , , ) — Tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcud olmuş qədim dövlət və bu gün Azərbaycan adlanan rayonun qədim adıdır. Atropatenanın ərazisi indiki Cənubi Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi cənub ərazilərini və İranın bir hissəsini əhatə edirdi. İndiki Azərbaycanın tarixi adı Atropatenadan yaranmışdır.

Keçmiş Əhəməni satrapı,Susan M. Sherwin-White, Amélie Kuhrt, "From Samarkhand to Sardis: a new approach to the Seleucid Empire", University of California Press, 1993. pg 78: – " The independence of the area Media Atropatene, named after Atropates, satrap of Media under Darius and Alexander (now Azerbaijan), under local Iranian dynasts, was pre-Selecuid" əslən, çox güman ki, midyalı olan Atropat ehtimal var ki, Əhəmənilər sülaləsi ilə çox uzaq qohumluğu var idi Khalifa-zadeh M., “"Atropates - Achaemenid King Darius III’s Mysterious General in the Battle of Gaugamela", Intersections, 2025, Vol 8, Issue 3, pp 20-22. .

e.ə. 321-ci ildə (Sərkərdə Peridikkinin ölümündən sonra) Atropatena dövlətinin və Atropatilər sülaləsinin əsasını qoyur, yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Makedoniyalı İskəndərin imperiyasının parçalanmasından sonra yenidən ilk olaraq Azərbaycanın cənub ərazisində,sonra isə cənubun təsiri ilə Azərbaycanın şimalında müstəqil dövlət meydana gəlir.Azərbaycan Milli Elmlər Akademiyası, A.Bakıxanov adına Tarix İnstitutu. Azərbaycan tarixi. Yeddi cilddə. Bakı. "Elm". 2007. Cild I, səh 217

Adlandırılması Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır.Richard J. A. Talbert. Barrington atlas of the Greek and Roman world: map-by-map directory, Volume 2. – "The modern name Azerbaijan derives from Atropatene"

Antik yunan və latın dilli mənbələr adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar. Pəhləvi dilli mənbələrdə isə ad "Ātur-patkān" şəklində qeyd edilir. Bu adın mənası "Aturpatın torpaqları" deməkdir və bu ad Atropatın ("Āturpāt", "Atərəpāta" — Atəş qoruyan) hökmranlığı dövründə yaranmışdır. Erkən orta əsrlər latın və yunandilli mənbələrdə ölkə eyni zamanda Atropat Midiyası və Kiçik Midiya da adlandırılır. Antik müəlliflərdən Plutarx, Ammian Marselin bu ölkəni Atropat Midiyası adlandırmışlar. Strabon isə Atropatena ərazisini Kiçik Midiya adlandırmış, Atropatın başçılığı ilə Kiçik Midiya ərazisində Atropatena dövlətinin təşkil edildiyini göstərmişdir. Sasani hakimiyyəti dövründə ölkə Adərbadaqan, ərəbdilli mənbələrdə isə Adərbican kimi qeyd olunur.

Atropatena ərazisi ərəblər tərəfindən fəth edildikdən sonra isə Atropatenanın adı erkən ərəbdilli mənbələrdə "Adabarqan", "Azərbaycan" ("آذربایجان") kimi işlənməyə başlamışdır. Daha sonrakı dövr ərəb tarixçilərin əsərlərində isə həmin ad ancaq "Azərbaycan" kimi göstərilmişdir.

Paytaxtı Mənbələr Atropatenanın iki — yay və yaz paytaxtlarının olmasından xəbər verir. Ölkənin yay paytaxtı Vera — indiki Marağa şəhəri, yaz paytaxtı isə farsdilli mənbələrin Qazaka, ərəbdilli mənbələrin isə Şiz adlandırdıqları Gəncək şəhəri olmuşdur. Gəncək şəhəri öz adını sak tayfalarından biri olan gəncəklərin adından almışdır. 1958-ci ildə İran və Almaniya arxeoloqlarının Təxti-Süleyman ərazisində arxeoloji qazıntlar aparması nəticəsində Qazaka şəhərinin xarabalıqları və möhtəşəm Azərgüşnasp məbədinin qalıqları aşkarlanmışdır. Əsas olaraq, buradan Şiz məbədinin qalıqları tapılıb. Şəhərlər karvan yolları üzərində və böyük məbədlərin ətrafında yaranmışdır. Bəzi şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır. Şəhərdə əhali sənətkarlıq və ticarətlə,şəhərətrafı ərazilərdə isə əkinçilik və maldarlıqla məşğul olmuşdur.

Əhalisi Ellinizm dövründə, Atropatenada yunan dili geniş yayılmışdır. Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. Atropatena əhalisinin atropaten dili və yazı ənənələri olan bir ölkə idi.

Bu ərazidə qədimdən yaranan Manna dövlətinin sonralar Midiya tərəfindən işğal olunması, daha sonra həmin ərazinin Əhəmənilər imperiyasına qatılması, şübhəsiz, yerli əhalinin etnik tərkibinə təsir göstərmişdir.Atropatena əhalisi o zaman başqa qonşu ölkələrdə olduğu kimi, yeknəsəq olmamışdır. Antik dövr müəlliflərinin məlumatlarına görə bu ərazidə matienlər, saqartilər, kadusilər, gellər, utilər, anariaklar, pavsiklər, mardlar, maqlar, azərilər və başqaları yaşamışlar.Matienlərin qədim huri tayfası mitannilərə, saqartilərin burada qədimdə yaşamış zikertularla bağlı olduqları söylənilir. Atropatena ərazisində yaşayan tayfalardan biri də kadusilər idi. Qaynaqlarda onlar midiyalıların, kaspilərin, albanların, matienlərin qonşuları kimi göstərilirlər. Onlar 20 min peltast və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Kadusilər yaxşı mizraq atır, dağlıq yerlərdə çox yaxşı döyüşərək süvariləri əvəz edirlər. Onlar Xəzərin cənub-qərb sahillərində yaşayan gellər və kaspilərə yaxın idilər.

Midiya tayfaları arasında maqlar xüsusi yer tuturdular. Onlar Zərdüşt dini ayinlərinin əsas icraçısı olub, xalq içərisində böyük nüfuza malik idilər. Maq dedikcə təkcə bu adı daşıyan tayfa deyil, eyni zamanda Zərdüşt dininin kahini nəzərdə tutulurdu. Maqlar Zərdüştün varisləri sayılırdı. Lakin maqların təlimində hakim Zərdüşt inamından fərqli cəhətlər də var idi. Ərəbdilli qaynaqlarda ilk orta əsrlərdə Cənubi Azərbaycan əhalisinin böyük bir hissəsinin azərilərdən ibarət olduğu göstərilir.

Bəzi müəlliflərin apardıqları araşdırmalar nəticəsində gəldikləri qənaətə görə, Atropatena əhalisinin böyük bir qismini aborigen türk tayfaları (qədim mənbələrlə təsdiq olunmur)Erix Fayql – İpək yolu üzərində qədim Odlar Yurdu – Azərbaycan Tarixi, Bakı, 2009 əsasında formalaşmış atropatenlilər təşkil edirdi və Atropatena tarixi Azərbaycan torpaqlarının bir hissəsində Azərbaycan türklərinin ulu əcdadlarıA. Fazili – Atropatena, Bakı, 1993 olan atropatenlilər tərəfindən yaradılmış bir dövlət olmaqla, nəhəng Midiya dövlətinin həm siyasi, həm də etnik varisidir.

Mənbələrdə adları keçən Atropatena ərazisində yaşayan tayfalardanА. С. Сумбатзаде "Азербайджанцы — этногенез и формирование народа" Баку, Элм, 1990 г.Дьяконов И. М. История Мидии: От древнейших времен до конца IV в. до н. э., Москва — Ленинград, 1956 biri də Qafqaz albanlarıdır. I əsr müəllifi Strabonun verdiyi məlumatdan aydın olur ki, Qafqaz albanları təkcə Azərbaycanın Arazdan şimaldakı ərazisində deyil, həm də Arazdan cənubdakı ərazilərində yaşamışlar. Strabon albanların Atropatenada, Midiya dağlarında yaşamasını qeyd edir. Müəllif yazır ki, albanlar kellər, kadusilər, utilər və mardların qonşuluğunda yaşayırlarStrabon, XI, 7, 1. Midiya dağları Xəzərin cənub-qərbindəki indiki Talış dağlarıdır. Astaraçayla Qarasuçay arasında yerləşən bu dağlar Bağrov dağları da adlanır. Deməli, albanların bir hissəsi kaduslarla bir ərazidə yaşayırdı. Bu ərazi Atropatenaya məxsus idi. Bunu Midiya dağları ifadəsi də göstərir. Bu məlumatı toponimik faktlar da təsdiq edir.Fərhənqe coğrafiye İran. I—XII cildlər(farsca).

Cənubi Azərbaycan ərazisində Qarqar, Qərqər–Nəsir, Baba Qarqar, Karkarak, Kərkərə, Kərkər, Alamdar–Qarqar adlı kəndlər vardır. Bu toponimlər Atropatenada yaşamış qarqarların adı ilə bağlıdır.

Albaniyada və Ermənistanda yaşamış türkdilli Şirak tayfasının Atropatenada da yaşadığını V əsr müəllifi Feofilakt Simokattanın Atropatenada Siraqan yaşayış məntəqəsini qeyd etməsi təsdiq edir. Həmin müəllif Muğanda türk tayfalarının yaşadığını yazmışdırГейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991. Hazırda Cənubi Azərbaycanda Şirac–Xeyl və Şiracməhəllə adlı kəndlər vardır və bu toponimlərdə şirak etnonimi şirac şəklində qalmışdır. Şiraklar Azərbaycanda Çiraq və Çiraqlı da adlanmışlar. Cənubi Azərbaycanda Çirak, Çiraq–Abdal, Çeraktəpə, Çirakçi, Çeraqlu, Çeraqil (Çirak etnonimi və il – tayfa sözündən), Sirak və Şirakdeh kəndləri vardır.

Atropatena ərazisində həmçinin peçeneqlərin də yaşaması məlumdur. Peçeneqlərin qapan, qarabaq, göyərçi və kul tayfaları cənubda Qaban, Qarabaq, Qeqarçi, Quqarçin, Quqarçili, Quqerdçi, Qullar, Qullar-Taqi, Qullar–Qara, Sufi və Qullar Məhəmməd Hüseynkənd adlarında qalmışdır

Cənubi Azərbaycandakı Xazarian, Xəzərkəndi, Xəzərgəran, Xəzərabad, Xəzərli, Xəzər-Böyük, Xəzər-Çoban və Xəzərşax kənd adları isə erkən orta əsrlərdə Atropatenada yaşamış xəzərlərlə əlaqədardır.Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994

Atropatenada yaşayan İrandilli etnoslardan ən böyüyü kaduslar idi. Bu etnosu ilk dəfə Herodot qeyd etmişdirHerodot, III, 92. Sonrakı antik müəlliflər də kaduslar haqqında məlumat verirlər və onları dağ yerlərində çox döyüşkən olduqlarını qeyd edirlər. Strabon kadusların dəniz kənarındaStrabon, XI, 8, 4 yaşadığını yazır. O, kadusların ərazisinin Xəzər dənizinin sahili boyu 500 stadij (təxminən 190 km) uzunluqda olduğunu göstərirStrabon, XI, 7, I.

Atropatenada tatlar, yəhudilər, gurganlar, parslar və mardlar da yaşayırdılar. Onların bir hissəsi Sasanilər vaxtında şimala köçürülmüşdür. Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisinə bir sıra yeni türk tayfaları gəlib məskunlaşmışdır..

Tarixi coğrafiyası Atropatenanın ərazisi indiki Güney Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İran Kürdüstanının bir hissəsini əhatə edirdi.

Pəhləvi dilində yazılmış "Şatristanhaye İran" əsərində deyilir ki, Aturpatakanın patkustına Gəncək (Qazaka), Frasyak (Fraaspa), Turkert (Təbrizeş) şatristanlarn daxildirlər. Həmin mənbədə qeyd edilir ki, Gəncək (Qazaka) şəhəri turanlı Frasiyak (sonrakı mənbələrdə Əfrasiyab, türkdilli mənbələrdə isə daha çox Alp Ər Tonqa adlandırılır) tərəfindən bina edilmişdir.

Midiyadan dağlar vasitəsiylə ayrılan bu ölkə, Fasiddən Hirkan dənizinə (Xəzər) kimi geniş bir ərazini əhatə edirdiPolibi,V,55. Matiana ilə Midiya arasında olan bu ərazinin hüdudlarında Spavta gölü yerləşirdi. Yay iqamətgahı Qazaka, qış iqamətgahı isə Vera idiStrabon,XI,13,2,3.

Strabon Atropatenanın sərhədləri haqqında yazır: "Bu ölkə Ermənistan və Matianadan Şərqdə, Böyük Midiyadan Qərbdə və Şimalda yerləşir. Cənubdan o, Hirkan dənizilə sərhəddir.’’

Ərəb coğrafiyaşünası İstəxriyə görə, Azərbaycan (Adurbadaqan-Atropatena) Guhistan (Gilan) və Xəzər dənizi, Qərbdən Ermənistan (Şərqi Anadolu), Şimaldan Allan (Qafqaz Albaniyası), Qabk dağları (Qafqaz dağları), İraq Cəzirəsi ilə həmsərhəddir. Buradan məlum olur ki, müəyyən dövrlərdə Atropatenanın sərhəddi Qafqaz dağlarına qədər uzanmışdır.

Orta əsr ərəb coğrafiyaşünası İbn Haqvəlin yazdığına görə: "...bu ölkəni Şərqdən Cibal və Deyləm, həmçinin Xəzər dənizinin Qərb sahilləri, Qərbdən Ermənistan və Cəzirənin (Mesopotomiyanın) bir hissəsi, Şimaldan allanlar (Qafqaz albanları) və Qafqaz dağları, Cənubdan İraq hüdudları və Cəzirənin Şərq hissəsi əhatə edirdiİbn Haqvəl,Surət əl-ərz,Tehran,1345. Bundan başqa İbn Haqvəl Ərməniyyə, Qafqaz Albaniyası və Atropatenanı bir iqlim hesab edir.

Atropatenanın parflar, ermənilər və suriyalılar kimi qonşuları olmuşdur. Atropatena hökmdarları yeri gəldikdə onlarla qohumluq əlaqələri də yaradırdılarStrabon, XI ,13

Mərkəzi hakimiyyət üçün ağır olan illərdə Mada satrapı olduqca müstəqil bir siyasət yeridirdi; XI və XIV satraplıqlara daxil olan torpaqları öz əlinə almışdı. Atropat həmin satraplıqların sakinləri ilə müəyyən müttəfiqlik münasibətləri yaratmışdı. Məhz buna görə də kadusilər farslara boyun əyməyərək Qavqamela vuruşmasında bütün Əhəməni dövlətinin müttəfiqləri kimi yox, ancaq madalıların müttəfiqləri kimi çıxış edirdilər (madalılarla "birləşdirilmişdilər").