Fərrux Hüseynov (tam adı: Fərrux Əsgər oğlu Hüseynov) — Azərbaycanlı siyasətçi
Fərrux Əsgər oğlu Hüseynov - 1936-cı ilin fevralında Ermənistanın Zəngibasar rayonunun Şöllü Mehmandar kəndində doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat-mühəndis fakültəsini bitirib. 1976-1978-ci illərdə Şuşa Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978-1991-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin birinci müavini işləyib. Fərrux Hüseynov 2016-cı ilin iyulunda Bakıda vəfat edib.
Xarici keçidlər "Həsən Həsənovla birgə çox çalışdıq ki, Bağırov Qarabağdan Azərbaycan milislərini çıxarmasın...” Xankəndini sonuncu tərk edən azərbaycanlı məmurun yazdıqları “Mərkəzi Komitədə Vəzirov özü separatçı ermənilərə şəkərbura, paxlava paylamağa başladı...”