Valdas İvanauskas (tam adı: Valdas-Auqustinas Vaslaviç İvanauskas, ; ) — SSRİ və Litva futbolçusu, baş məşqçisi.

Karyerası Futbolçu karyerası ərzində Litvanın "Jalgiris" (1984, 1986-89, 1990, Rusiyanın MOİK (1985-89), "Lokomotiv" (1990), Avstriyanın "Austriya" (Vyana) (1990-93), "Austriya" (Zallstburq) (1997-99) Almaniyanın "Hamburq" (1993-97), "Vilhemsafen" (1999-2001), "Kloppenburq" (2001-2002) klublarında oynayıb.

Milli komanda və məşqçilik Bundan başqa, SSRİ-nin və Litvanın milli komandalarının da şərəfini qoruyub. Baş məşqçi kimi ilk dəfə 1999-cu ildə Litvanın "Vetra" klubunda çalışıb. 2004-2005-ci ildə isə "Kaunas"ın baş məşqçisi olub. 2006-cı ildə Şotlandiyanın məşhur "Harts" klubuna rəhbərlik edib.

Uğurları Futbolçu kimi SSRİ çempionatının bürünc (1987), Avstriya çempionatının qızıl (1991, 1992, 1993), Avstriya kubokunun qalibi (1992, 1993), SSRİ millisinin heyətində gənclər arasında Avropa çempionatının gümüş (1984) medallarını qazanıb.

SSRİ-nin ən güclü 33 futbolçusu siyahısına düşüb (1989) və Litvanın son 50 ildə yetişdirdiyi ən güclü futbolçusu adına layiq görülüb (2003). "Jalgiris"in heyətində 107 oyuna 34, MOİK-in heyətində 32 oyuna 2, "Lokomotiv"in heyətində 16 oyuna 7, "Austriya"nin (Vyana) heyətində 78 oyuna 28, "Austriya" (Zalsburq) heyətində 36 oyuna 7, "Vilhemsafen"ın heyətində 50 oyuna 16 qola imza atıb.

"Standard"lı günlər 2009-cu ildə 42 yaşlı mütəxəssis 1 illik müqavilə bağlayaraq Sumqayıtın "Standard" klubunun yeni baş məşqçisi təyin olunub. O, bu postda cəmi 94 gün çalışıb. Belə ki, litvalı yalnız çempionat matçlarında komandasına rəhbərlik edib, kubokun startına qədər duruş gətirməyib. Keçirdiyi 7 qarşılaşmada cəmi 2 xal qazanmışdır.Azərbaycanda qələbə görməyən məşqçi

Mənbə Valdas İvanauskas Azərbaycanda çalışacaq!

İstinadlar

Həmçinin bax

Kateqoriya:Litva futbolçuları Kateqoriya:Lokomotiv Moskva FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Beynəlxalq dərəcəli SSRİ idman ustaları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:Austriya Vyana FK futbolçuları Kateqoriya:Hamburq FK futbolçuları Kateqoriya:Red Bull Zalsburq FK futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Avstriyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri