Kürdüstan Briqadaları, Kürdüstanda Əl-Qaidə və ya Əl-Qaidənin Kürd Briqadaları (ƏQKB) kimi də tanınır — İraq və İranda silahlı islamçı təşkilat. Əl-Qaidənin kürd qoludur. Əsasən İran–İraq sərhədinin şimalında fəaliyyət göstərir Şimali İraqda Kürdüstan Regional Hökumətinə bir neçə dəfə hücumlar təşkil etmişdir. Qrup ABŞ Dövlət Departamenti tərəfindən 1 yanvar 2012-ci ildə terror təşkilatı kimi təsnif edilmişdir.
Formalaşması Kürdüstan Briqadaları 2001-ci ildə Əl-Qaidənin rəsmi qruplaşması kimi Həmrin dağlarında yaradılıb. Onun əsasını keçmiş Ənsar əl-İslam silahlıları qoyub. Lakin Kürdüstan Briqadalarının yaradılması 2007-ci ilin martında Əl-Qaidə tərəfindən yayımlanan “Dağlara Qayıdış” adlı video ilə elan edilib. 2007-ci ildən 2010-cu ilə qədər onlar hakimiyyət orqanlarına qarşı çoxsaylı hücumlarla Kürdüstan Regional Hökumətinə qarşı üsyan qaldırdılar. Onlar İran Kürdüstanında da fəaliyyət göstərirdilər.
Qrup nisbətən kiçik hesab olunur, lakin onun İranın Mərivan və Sənəndəc şəhərlərində düşərgələri var.
Qrup, 2014-cü ildə İslam Dövlətinə qoşulan kürdləri tənqid edib.
Hücumlar Qrup bir neçə hücum həyata keçirmişdir. Onlardan ən böyüyü 2007-ci ilin mayında Kürdüstan Regional Hökumətinin Ərbildə yerləşən Daxili İşlər Nazirliyi binasına hücumu idi. Burada 19 nəfər həlak olmuşdur. ƏQKB 2007-ci ilin iyulunda Pəncvanda 7 sərhədçini və bir KVİ təhlükəsizlik əməkdaşını öldürmüşdür. 2010-cu ilin sentyabrında Süleymaniyyədə uğursuz intihar hücumu nəticəsində iki polis məmuru yaralanmışdır.
İstinadlar
Kateqoriya:Əl-Qaidənin qolları Kateqoriya:Cihad qruplaşmaları Kateqoriya:ABŞ tərəfindən terror təşkilatı olaraq tanınmış təşkilatlar Kateqoriya:İraq Kürdüstanı Kateqoriya:İran Kürdüstanı