Qleb Arsentiyeviç AbakumovАгеенко Ф. Л. Абакумов Глеб // Словарь собственных имён русского языка. Ударение. Произношение. Словоизменение. — М.: Мир и Образование; Оникс, 2010. — С. 53. — 880 с. — ISBN 5-94666-588-X, 978-5-94666-588-9. (; ) — SSRİ və Rusiya kimyaçısı. O, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1987-ci ildən), Rusiya Elmlər Akademiyasının akademiki (2000-ci ildən) olmuşdur.

Həyatı 1962-ci ildə N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Kimya elmləri doktoru (1976), professor (1980), Nijni Novqorod Dövlət Universitetinin Kimya fakültəsində (1962–1964), SSRİ Elmlər Akademiyasının polimerlərin stabilləşdirilməsi laboratoriyasında (1964–1968), SSRİ Elmlər Akademiyasının Kimya İnstitutunda (1968–1988) işləmişdir. Rusiya Elmlər Akademiyasının Q. A. Razuvayev adına Metal Üzvi Kimya İnstitutunun direktoru, 2016–2019-cu illərdə institutun elmi direktoru olmuşdur. Nijni Novqorod şəhərində yerləşən Buqrovski qəbiristanlığında dəfn edildi.

Nəşrlər Rusiya və beynəlxalq elmi jurnallarda 350-yə yaxın nəşrin müəllifidir.

Təltif və mükafatlar SSRİ Dövlət Mükafatı (1985) "Dostluq" ordeni (1999)

İstinadlar

Xarici keçidlər Абакумов Глеб Арсентьевич. Информационная система «Архивы Российской академии наук». Статья в чувашской энциклопедии Н. С. Головина.

Kateqoriya:Rusiya kimyaçıları Kateqoriya:SSRİ kimyaçıları Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri