Kutəkumə () — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Əhalisi
Kənddə 2006-cı il siyahıya alınmaya görə 906 nəfər yaşayır (220 ailə). Əsasən sünni müsəlman olan bu bölgənin sakinlərinin (şafi məzhəbi) dili talışçadır.
Coğrafiya Kənd Ləvəndəvildən 9 kilometr aralıda yerləşir. Kutəkumənin ən cəlbedici görməli yerləri Laton şəlaləsi və Qamo qaynar su bulağıdır.
İstinadlar
Kateqoriya:Astara şəhristanının kəndləri