Devid De Qruttola (), David Cage təxəllüsü ilə tanınan Fransız videooyun dizayneri, yazıçı və musiqiçi. O, Quantic Dream oyun şirkətinin yaradıcısıdır. Keyc, Heavy Rain, Beyond: Two Souls , Detroit: Become Human oyunlarının həm ssenarisini yazmış, həm də rejissorluğunu etmişdir.
Bioqrafiya Fransanın Müluz şəhərində doğulan Keyc videooyun istehsalçısı olan Quantic Dream şirkətinin rəhbəridir. Keyc şirkətin qurucusu, ortaq baş icraçı direktoru, direktoru, baş oyun dizayneri, ssenari müəllifi olaraq şirkətdə və oyunların tərtibatında çox mühüm rol oynayır. Peşəkar musiqiçi olaraq o, 1993-cü ildə 'Totem Interactive' adlı musiqi şirkətini yaratmışdır. O, frilanser musiqiçi olaraq bir çox televiziya kanalında, kino və videooyun proyektlərində musiqilər bəstələmişdir.
İstinadlar
Kateqoriya:Fransa videooyun dizaynerləri Kateqoriya:Fransız ateistlər Kateqoriya:Fransa bəstəkarları