I Con () və ya Atasız Con () () — Fransa tarixinin ən gənc və ən qısa səltənəti olan Fransa və Navarra kralı.Magnificent Monarchs (Fact Attack series) p. 23 by Ian Locke; published by Macmillan in 1999; ISBN 978-0330-374965

Atası Fransa kralı X Lüdovik hamilə xanımı Klementinayla ilk xanımından dünyaya gələn 4 yaşlı qızı Jannanı geridə qoyaraq 5 iyun 1316-cı ildə vəfat etdi. I Conun dünyaya gəldiyi 1316-cı ilin noyabr ayınadək isə əmisi Uzun Filipp kral naibi olaraq krallığı idarə etdi. 15 noyabr günü doğulan I Con cəmi 5 gün sonra vəfat etdi. Fransa kralı ünvanıyla doğulan yeganə şəxs olması və cəmi 5 gün davam edən səltənətiylə Fransa tarixində iz qoymuşdur. Ölümünün ardından kral naibi olan əmisi Uzun Filipp Reyms şəhərində özünü kral elan etdi.

Mənbə Carpegna Falconieri, Tommaso di (19 September 2008). The Man Who Believed He Was King of France. Translated by William McCuaig. University of Chicago Press. pp. 224. ISBN 978-0-226-14525-9

İstinadlar

Kateqoriya:1 yaşından əvvəl vəfat edənlər Kateqoriya:Avropa tarixi Kateqoriya:Fransa kralları