Dəməşq Milli Muzeyi () — Suriyanın paytaxtı Dəməşqin mərkəzində muzey. Muzeyin ən məşhur hissəsi II əsrə aid olan və orada yenidən qurulmuş Dura-Evropos sinaqoqudur. Dəməşq Milli Muzeyi şəhərin qərb hissəsində, Dəməşq Universiteti ilə Süleymaniyyə təkyəsi arasında yerləşir.
Eksponatlar Eksponatların toplanmasına 1919-cu ildə başlanılmış, indiki bina isə 1936-cı ildə tikilmişdir. Eksponatlar 5 zalda saxlanılır. Daş dövrünə aid qalıqlar və skeletlər var. Eksponatların çoxu Ebla, Uqarit kimi qədim yerlərdə tapılmışdır. Bunlardan ən əhəmiyyətlisi dünyanın ilk əlifbasıdır. Roma və Bizans eksponatları var. Buraya çoxlu nadir heykəllər, həmçinin daş və mərmər sarkofaqları daxildir. Burada zərgərlik bölməsi və bir çox digər eksklüziv eksponatlar var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Suriya muzeyləri Kateqoriya:1936-cı ildə yarananlar Kateqoriya:Antik incəsənət Kateqoriya:Arxeologiya muzeyləri Kateqoriya:Milli muzeylər