Parkinson qanunu — zamanın idarə olunması modellərindən biri. İlk dəfə 1955-ci ildə N. Parkinson tərəfindən "The Economist" qəzetində çap olunmuş essedə bəhs edilmiş bu qanununa görə, hər bir iş onun tamamlanmasına ayrılan bütün vaxtı əhatə edəcək şəkildə genişlənir. Bu qanunda göstərilir ki, gərəksiz əlavə vaxtın verilməsi işin səmərəliyini azaldır. Bu mənada işə müvafiq son tarix müəyyən etmək çox önəmlidir.

Nümunələr Yaşlı bir qadının bütün gününü qardaşı qızına açıqca göndərməklə keçirməsi mümkündür. O, 1 saat açıqcanın, 1 saat eynəyinin, yarım saat isə ünvanın tapılmasına, 1,5 saat yazının məzmununa, 20 dəqiqə poçta gedəndə çətiri götürüb-götürməməyə qərar verməyə xərcləyə bilər. Ancaq çox məşğul biri bütün bunlara çox qısa vaxt xərcləyib bitirə bilər.

İstinadlar

Həmçinin bax Pareto qanunu Kateqoriya:İdarəetmə Kateqoriya:Fiskal siyasət Kateqoriya:Eponimlər