Vüqar Abdulkərimov () — Azərbaycan alimi, tədqiqatçı, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar cəmiyyətinin sədri (2025-2026). Azərbaycanda professor Nürəddin Lüləci ilə birlikdə ilk ağrı mərkəzinin qurulmasındakı fəaliyyəti və alqologiya sahəsindəki kliniki tədqiqatları ilə tanınır.

Həyatı Vüqar Abdulkərimov 1974-cü ilin 24 oktyabrında Bakıda anadan olmuşdur. Orta təhsilini 1981–1991-ci illərdə Bakıda 29 nömrəli məktəbdə almış, 1992-ci ildə İstanbul Universitetinin cərrahpaşa tibb fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur.

16 iyun 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Evlidir. 3 övladı var.

Fəaliyyəti

Əmək fəaliyyəti 2009-cu ildən Mərkəzi Klinikanın reanimasiya və intensiv terapiya şöbəsində şöbə müdiri kimi çalışır.

Elmi fəaliyyəti Vüqar Kərimov birtərəfli spinal anesteziyada bupivakain lokal anestetiki üzrə fəaliyyəti olmuş, ürək əməliyyatlarında sternotomiya olunmuş 1226 xəstələrdə miyofassial ağrısı üzərində klinik tədqiqat aparmışdır. O, bel disklərin yırtıqlarından yaranmış ağrı və əlillik skorlarında nukleoplastika və avtomatlaşdırılmış perkutan lumbal diskektomiya prosedurlarının effektivliyinin müqayisəsi, diz artroskopiyasında təktərəfli spinal anesteziya və ümumi anesteziya tətbiqlərinin bərpa xüsusiyyətləri baxımından müqayisəsi üzrə elmi iş aparmışdir. Plazmaəvəzetmə və digəe müxtılif ekstrakorporal müalicə üsullarını tədqiq etmişdir.

Üzvü olduğu təşkilatlar 2025-2026 Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar cəmiyyətinin sədri IASP (International Association for the Study of Pain) Türkiyə ağrı dərnəyi TARD (Türk Anesteziyoloji ve Reanimasyon Derneği) WFSA (World Federation of Societies of Anaesthesiologists) ESICM (European Society of Intensive Care Medicine) ESAIC (European Society of Anaesthesiology and Intensive Care) TYBD (Türk Yoğun Bakım Derneği) Xarici keçidlər

Vugar Abdulkerimov LENS

İstinadlar