Əbu-Səfa () — Səudiyyə Ərəbistanı və Bəhreyndə neft yatağı. İran körfəzi sularında, Rəs-Tənnurə limanından şimal-şərqdə yerləşir. 1963-cü ildə açılmışdır. 1966-cı ildən inkişaf etmişdir. Yağın sıxlığı 876 kq/m3, özlülüyü 12,2 cps, S 2,6% təşkil edir. İlkin neft ehtiyatları 1 milyard tondur. Neft və qaz potensialı yura çöküntüləri ilə bağlıdır. "Qatif Project" tərəfindən hazırlanmışdır. 2000-ci illərdə gücü artırmaq üçün 1,2 milyard dollar xərclənmişdir. 2004-cü ildə Əbu-Səfa gündəlik 300,000 barrel neft çıxarmağa başlamışdır.

İstinadlar

Kateqoriya:Saudi Aramco Kateqoriya:Səudiyyə Ərəbistanının neft yataqları Kateqoriya:Bəhreynin neft yataqları