Şeyx Rza Taləbani (, Şex Rizaye Talebani; ) — kürd şairi. Taləbani şeirlərini kürd, fars və ərəb dillərində yazmışdır. Onun poeziyasının əksəriyyəti satira, kobudluq və yaradıcı təhqirlərdən ibarətdir. Şair önəmli şeirlərindən birində Baban əmirliyində uşaqlığını xatırlayır.
Şair gənc yaşlarında Osmanlının paytaxtı Konstantinopola getmiş və səyahəti zamanı kürd sufisi Şeyx Nurrədin Brifkaninin məzarını ziyarət etmişdir. O, qəbir başında farsca uzun bir şeir oxumuş, Şəhrizor əmirliyindən "Rom ölkəsi"ni ziyarət etmək üçün etdiyi səyahətdən bəhs etmişdir. 1879-cu ildə Osmanlı imperiyası Şəhrizor vilayətini Mosul vilayətinə birləşdirəndə Rza türkcə şeir oxumuş və kədərini ifadə etmişdir.
İstinadlar
Kateqoriya:Kürd şairlər Kateqoriya:Fars dilində yazan şairlər Kateqoriya:Türk dilində yazan şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Orta Şərq şairlərinin qaralamaları Kateqoriya:Kürd dilində yazan şairlər