Hişkədərə — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.

Əhalisi Əhalisi 2744 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

Toponimiyası Yaşayış məntəqəsinin adındakı hişqə talış dilindəki "quru", "susuz" və Azərbaycan dilində dərə komponentlərindən ibarət olub, mənası Qurudərə kəndidir.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı:Lüğətlər — Lənkəran

İnfrastrukturu Kənddə XIV əsrə aid Nəzirə Xanım türbəsi, iyirmi minə yaxın eksponatı olan Tarix–Diyarşünaslıq muzeyi, tunc dövrünə aid Qazaxantəpə, Qosatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları vardır. Hişkədərə və eləcə də Masallı tarixinin güzgüsü 1952-ci ildən kəndimizdə fəaliyyət göstərən Tarix–Diyarsünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Bütün bunlar Tarix–Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.

Şəkilləri

Həmçinin bax

İstinadlar

Kateqoriya:Masallı rayonunun kəndləri