Redon Cica () — Albaniyalı futbolçu. Albaniya Milli futbol komandasının və "Qarabağ" klubunun hücumçusu. Əsasən sol cinah vingeri və mərkəz hücumçusu kimi çıxış edir.

Karyera

Klub

Laçi 20 iyul 2017-ci ildə Cica ilk peşəkar müqaviləsini imzalayaraq "Laçi" komandasına qoşulur.

13 sentyabr 2017-ci ildə, Albaniya Kubokunda ilk mərhələsinin ilk oyununda "Laçi"nin heyətində debüt edir. Debüt oyununda komandası "Sopoti" klubuna 12–0 hesabı ilə qalib gəlir və Cica bu oyunda 5 qol vurur. Oyundan sonra o, vurduğu qolları ailəsinə həsr etdiyini bildirir. Albaniya çempionatında debütunu isə, 24 sentyabrda "Kukesi" komandası ilə oyunda edir.

2020–21 mövsümünün sonunda müqaviləsi başa çatdıqdan sonra klubu tərk etdi.

"Laçi"nin formasını 4 il geyinən futbolçu, bütun turnirlərdə 151 oyunda meydana çıxır və 35 qol vurur.

Tirana FK 15 iyul 2021-ci ildə, "Tirana" klubu ilə üç illik müqavilə imzalayır.

"Tirana" klubunun heyətində debüt oyununu 11 sentyabr 2021-ci ildə, "Skënderbeu Korçë" komandasına qarşı Albaniya çempionatında baş tutmuş oyunda edir. Komandada ilk qolunu isə, Albaniya kubokunda "Shkumbini Peqin" komandası ilə baş tutmuş oyunda vurur.

"Tirana" klubunun heyətində, bütun turnirlərdə meydana çıxdığı 55 oyunda 32 qol vurub.

Qarabağ 24 yanvar 2023-cü ildə futbolçunun Ağdamın "Qarabağ" klubu ilə müqavilə bağlamaq üçun Bakılya gəldiyini, 24 yanvarda tibbi müayinədən keçdikdən sonra klubla ən azı 3,5 il müddətinə müqavilə bağlayacağı bildirilir. Redon Cica "Qarabağ" klubu ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayır. Futbolçu "Qarabağ"da 99 nömrəli formanı seçir.

Milli komanda

Albaniya U21 2019-cu ildə, 21 yaşadək futbolçular arasında 2021-ci il UEFA Avropa çempionatının seçmə mərhələsinin oyunları üçun Albaniya U21 komandasına dəvət alır. "Albaniya U21 komandası"nın "Türkiyə U21 komandası" ilə 7 iyun 2019-cu il tarixində baş tutmuş oyunda, Albaniya gənclər millisinin heyətində debüt edir.

Albaniya Futbolçunun Albaniyanın əsas milli komandasında debütu, 26 oktyabr 2022-ci ildə Albaniya millisinin Səudiyyə Ərəbistanı milli komandası ilə yoldaşlıq oyununda baş tutur.

Uğurları

Tirana FK Kategoria Superiore: 2021–22 Albaniaya superkuboku: 2022

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Albaniya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Tirana FK futbolçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Albaniya Superliqası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner Albaniya idmançıları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:Laçi FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları