Mariu Ruy () — Portuqaliyalı futbolçu. "Napoli" klubunun və Portuqaliya milli komandasının müdafiəçisi.

"Benfika"da formalaşan futbolçu, peşəkar karyerasının böyük hissəsini İtaliyada keçirib, A Seriyasında "Empoli" və "Roma" klublarında oynayıb.

Mariu Ruy DÇ-2018-də Portuqaliya yığmasının heyətində çıxış edib.

Karyera Mariu Portuqaliyanın "Benfika" klubunun yetirməsidir. Ancaq o, bu klubun böyüklərdən ibarət komandanın heyətində bir dənə də olsun oyun keçirməyib.

2010/11 mövsümündə Portuqaliyanın "Fatima" klubuna icarəyə verilib və bu komandanın heyətində Portuqaliya ikinci liqasında 25 oyun keçirib və 1 qol vurub.

2011-ci ildə İtaliyanın "Parma" klubu ilə müqavilə bağlayıb. 2011–2014-cü illərdə o, İtaliyanın "Parma" klubuna məxsus olsa da, komandanın heyətində bir dənə də olsun oyun keçirməyib və müxtəlif komandalara icarəyə verilib.

2011/12 mövsümündə o, "Qubbio"da icarə əsasında çıxış edib. "Qubbio"nun heyətində B Seriyasında 31 oyun keçirib və 2 qol vurub.

2012/13 mövsümündə o, "Speziya"da icarə əsasında çıxış edib və klubla B seriyasında 23 oyun keçirib.

2013/14 mövsümündə o, "Empoli" klubuna icarəyə verilir. "Empoli" ilə B seriyasında 26 oyun keçirir və komanda çempionatı 2-ci yerdə başa vuraraq birbaşa "A Seriyası"na vəsiqə qazanır. 2014-cü ilin yayında futbolçu, icarədə olduğu "Empoli" tərəfindən tam olaraq transfer edilir. 2014/15 mövsümündə A Seriyasında 34 oyun, 2015/2016 mövsümündə isə 36 oyun keçirir.

2016-cı ilin yayında o, 30 iyun 2017-ci il tarixinədək icarə əsasında "Roma"ya keçdi. 2016/2017 mövsümündə 5 liqada oyun keçirib. 2017-ci ilin yayında "Roma" futbolçunu 6 milyon avroya transsfer edir.

2017-ci ilin yayında o, 30 iyun 2018-ci il tarixinədək, sonradan almaq imkanı ilə icarə əsasında "Napoli"yə keçdi.

Karyera statistikası

Klub

+Klub, mövsüm və yarışlara görə oyun və qol sayıKlubMövsümLiqaÖlkə kubokuAvropaDigərToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolFatima (icarə)2010–11Segunda Liga25150——301Qubbio (icarə)2011–12B Seriyası31210——322Speziya (icarə)2012–1323010——240Empoli2013–1426010——2702014–15A Seriyası34030——3702015–1636010——370Toplam96050——1010Roma (icarə)2016–17A Seriyası502020—90Napoli2017–182521040—3022018–1920110100—3112019–202404070—3502020–212702060103602021–223400050—3902022–231600030—190Toplam146380350101903Karyerasında toplam3266220370103886

Milli Komanda

PortuqaliyaİlOyunQol201880201910202020202210Toplam120

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Portuqaliya futbolçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Parma FK futbolçuları Kateqoriya:Benfika FK futbolçuları Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Portuqaliya milli futbol komandasının oyunçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Spetsiya FK futbolçuları Kateqoriya:UEFA Millətlər Liqasının qalibi olan oyunçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:Legioner Portuqaliya futbolçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular