Ksantenli Norbert və ya Laonlu Norbert (; ) — katolik müqəddəs, premonstrantlar ordeninin banisi.

Həyatı Norbert təxminən 1080-ci ildə Ksantendə (indiki Almaniya) və ya Gennepdə (indiki Niderland) anadan olmuşdur. Hər iki şəhər o dövrdə Müqəddəs Roma imperiyasının Köln arxiyepiskopluğuna aid idi. O, Gennep qraf ailəsindən idi. Nortbert gəncliyini Ksantendə və V Henrixin sarayında keçirmişdir. Ölümcül təhlükədən xilas olduqdan sonra onda elə dini təbliğatçıya çevrilmiş, bütün Fransa və Niderlandda gəzərək təbliğat aparmışdır. 1119-cu ildə premonstrantlar ordeninin əsasını qoymuşdur. Norbert 1126-cı ildə Maqdeburq arxiyepiskopu olmuşdur. O, II Lotarı papa İnnokentini tanımağa və II Anakleti tərk etməyə inandırdıqdan sonra kilsənin işlərində böyük nüfuz qazanmışmışdır. Norbert 1134-cü ildə vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Католическая энциклопедия. Изд. францисканцев. Т.3, М.:2007

Xarici keçidlər

Католическая энциклопедия (англ.) Каталог святых

Kateqoriya:XII əsr xristian müqəddəsləri Kateqoriya:Xristianlıq Kateqoriya:Katolik müqəddəsləri